Bu gün:

Qarpız tumlarının faydalı xüsusiyyətləri



Yay mövsümünün ən məşhur tərəvəzlərindən olan qarpızı toxumları ilə birlikdə yeməyin çox faydalı olduğunu bildirən qidalanma və pəhriz mütəxəssisi, dietoloq Sena Genç bildirib ki, qarpız tumları maqneziumla doludur, bu da ümumi dərinin görünüşünün yaxşılaşmasına kömək edir: "Dərinin quruduğu və qaşındığı ekzema və digər dəri xəstəliklərində istifadə olunur.  Qarpızın tumunu çeynəmək və ya birbaşa udmaq arasında heç bir fərq yoxdur.  Hər gün 1 ovuc qarpız tumunu  yeyə bilərsiniz”.

Qida dəyərləri

 Qarpızdakı qida dəyərlərinə toxunan Sena Genç əlavə edib ki,  qarpızın tərkibində 91 faiz su və 7,5 faiz karbohidrat var. Bundan əlavə, qarpızın 1 porsiyasında (orta), yəni 150 qram yeməkdə 45 kalori var".

Xolesterini və qan təzyiqini aşağı salır

 Qarpızda olan likopen və sitrulin qan təzyiqini, xolesterini aşağı salaraq ürək sağlamlığını dəstəkləyir. O, həmçinin yüksək xolesterolun səbəb olduğu oksidləşdirici zərərin qarşısını almağı asanlaşdırır. Qarpız həm də amin turşusu olan sitrulinin zəngin mənbəyidir.  O, həmçinin C vitamini, karotenoidlər, likopen və cucurbitacin E də daxil olmaqla bir çox antioksidantla zəngindir.  Bu birləşmələr sərbəst radikallarla, qeyri-sabit molekullarla mübarizə aparmağa kömək edir ki, onlar bədəninizdə toplanırsa, xərçəngdən qoruyur. Qarpızın tərkibindəki antioksidantlar, likopen və C vitamininin birləşməsi iltihabı və oksidləşdirici zərəri azaltmağa kömək edir. 

  Saçları gücləndirir

Qarpız tumları saçın keyfiyyətini yaxşılaşdırdığı bilinən zülallar, dəmir, maqnezium, sink və mislə zəngindir.  Bu toxumlar saçınızı gücləndirməyə və saç böyüməsini təşviq etməyə kömək edir. Tumlarda olan manqan saç tökülməsinin və zədələnməsinin qarşısını alır. 

Ürək sağlamlığına faydalıdır

Qarpız tumları iltihab əleyhinə antioksidant və vazodilatator (qan damarlarının genişlənməsi) kimi fəaliyyət göstərir, bu da onların sağlam bir ürək üçün faydalı olmasının səbəbidir.  Qarpız tumları ürək sağlamlığında mühüm rol oynayan sinklə də zəngindir.

 Sinir sistemini dəstəkləyir

Qarpız tumu beyni və sinir sistemini sağlam saxlamağa kömək edən zəngin B vitaminləri mənbəyidir.  

 Metabolizmi sürətləndirir:

Qarpız tumlarının folat, dəmir, sink, mis, maqnezium, kalium, amin turşuları və B vitamini kompleksi kimi qida maddələri ilə zəngin olduğu bilinir. Bu qidalar orqanizmin təbii maddələr mübadiləsini tənzimləməklə yanaşı sürətini artırmaqda son dərəcə faydalıdır.

Mənbə: CNN türk

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et