Bu gün:

Ürək bulanmasının qarşısını alan qidalar


Müxtəlif səbəblərdən yarana bilən və insanın gündəlik həyatına mənfi təsir göstərən narahatlıqlardan biri də ürəkbulanmadır. Ancaq evdə alına biləcək bəzi ehtiyat tədbirləri və qəbul edilən bəzi qidalarla bulantıları yüngülləşdirmək və  kəsmək mümkündür.  Bəs ürəkbulanmaya nə yaxşı təsir edir,  ürək bulanması necə keçir?

Bulantı müxtəlif səbəblərdən yaranır və bir çox yolla aradan qaldırıla bilər. Dietoloq Ceysi Kazado ürəkbulanmanı aradan qaldırmaq üçün nə edə biləcəyimizi və nə vaxt həkimə müraciət etməli olduğumuzu izah edib.

Ürəkbulanma qusma istəyinə səbəb olan və tez-tez qusma ilə nəticələnən bir vəziyyətdir.  Ürəkbulanma qusma, ishal, sinə ağrısı, başgicəllənmə kimi əlamətlərlə müşayiət olunarsa, ən qısa zamanda həkimə müraciət edilməlidir. Bu dövrdə qidalanmaya böyük diqqət yetirilməlidir. 

Ürək bulantısına yaxşı təsir edən qidalar:

1. Zəncəfil ürəkbulanmaya çox yaxşı təsir göstərir  və sağlamlıq üçün çox faydalı bir bitkidir.

2. Limon, xüsusən də, çobanyastığı çayının içində ürək bulanmasına çox yaxşı gəlir.

3. Nanə həm qoxusu, həm də ətri ilə ürək bulanmasına yaxşı gəlir.

4. Duzlu krakerlər və duzlu ayran da ürəkbulanmanı azaltmağa kömək edir.

Ürək bulanması necə keçir?

Təmiz havanı içinizə çəkərək dərin-dərin nəfəs alın.

Bədəninizə odekolon kimi təravətləndirici qoxular çəkin və ovucunuzdan qoxulayın.

Avtomobillə səyahət edirsinizsə, telefondan istifadə etməyin  və yolun tərs istiqamətinə oturmayın.

Yeməkdən dərhal sonra yuxuya getməməyə diqqət edin.  Mədənizi çox yükləməyin və çox yağlı qidalar qəbul etməyin.

Olduğunuz otağın pəncərəsini açın və içəriyə təmiz hava daxil olduğundan əmin olun.

Mümkünsə, təmiz havada gəzintiyə çıxın.

Başınızı çox tərpətməməyə çalışın və qəfil hərəkətlər etməyin.

Xüsusən də bulantılarınız artarsa və tapa bilsəniz, nanə yarpağı çeynəmək və ya nanə çayı içmək yaxşı olar, əgər yoxdursa, hətta çoxlu nanə saqqızı da istifadə edə bilərsiniz.

Mənbə: CNN Türk

Tərcümə etdi: Lalə Mənəfova


Paylaş
Şərh əlavə et