Bu gün:

Mütəxəssislər xəbərdarlıq edirlər: bu iki qida kolon xərçənginə səbəb olur


Tədqiqat göstərir ki, qırmızı ət və şəkər gənclərdə kolon xərçəngi hallarının artmasına səbəb ola bilər.

Tədqiqatçılar qərb tərzi pəhrizinin iki əsas elementi olan qırmızı ət və şəkərin 50 yaşdan kiçik insanlar arasında xərçəng nisbətlərinin qəfil artmasına səbəb ola biləcəyini  bildirirlər.

ABŞ-dakı Klivlend klinikasından bir qrup tədqiqatçı tərəfindən nəşr olunan bir araşdırma qida parçalandıqda bədəndə əmələ gələn maddələr olan metabolitlər haqqında idi.

Tədqiqatçılar kolorektal xərçəngi olan 50 yaşdan kiçik insanların sitrat səviyyəsinin bu yaşdan yuxarı insanlara nisbətən daha aşağı olduğunu aşkar etdilər.

Sitrat bədənin qidanı enerjiyə çevirdiyi zaman meydana gələn bir birləşmədir. Bundan əlavə, son bir araşdırma şiş böyüməsini və kolorektal xərçəngin inkişafını maneə törətdiyini də göstərdi.

Tədqiqatçılar müəyyən qidalardakı zülalları və karbohidratları necə parçaladıqlarında da fərqlər tapdılar ki, bu da qırmızı ət və şəkər istifadəsinin gənc yaşda kolorektal xərçəngin inkişafı ilə əlaqəli ola biləcəyini göstərir.

Məhdudlaşdırmağa dəyər

 Kamat daha çox araşdırmaya ehtiyac olduğunu söylədi, ancaq pəhrizdə qırmızı ət və şəkərin məhdudlaşdırılmasının yaxşı bir fikir olduğuna dair kifayət qədər dəlil var.

Tədqiqatda kolorektal xərçəngi olan 170 xəstə, o cümlədən 66 gənc iştirak etmişdir. Hamısı 50 yaşdan kiçik idi. 

Nəticələr bu ayın əvvəlində Çikaqoda Amerika Klinik Onkologiya Cəmiyyətinin illik toplantısında təqdim edildi. 

Kolon və rektal xərçəng hazırda ABŞ-da ən çox görülən üçüncü növdür və həm kişilər, həm də qadınlar üçün üçüncü ölüm səbəbidir. Amerika Xərçəng Cəmiyyəti bu il, təxminən 153.000 kolorektal xərçəng hadisəsinin, o cümlədən 50 yaşın altındakı 19500  hadisənin aşkar ediləcəyini təxmin edir.

Təxminən 52.550 insanın da xəstəlikdən vəfat etməsi gözlənilir.

Mənbə: Sözcü

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et