Bu gün:

Humanist insanlar çox sadəlövhdürlər?


Sosial dəyərlər və əxlaqi oriyentasiyalarla bağlı yeni araşdırma humanist fərdlərin (insan mərkəzli və ümumbəşəri əxlaqi dəyərləri müdafiə edənlər) bəzi hallarda daha çox güvəndiyini ortaya qoyub. Tapıntılar sosial psixologiya və davranış elmləri sahələrində müzakirələrə səbəb olub.

Tədqiqat Avropa və Şimali Amerikadan olan 1200 iştirakçı ilə aparılıb. İştirakçılara etimad, risk alma və tənqidi düşüncə ilə bağlı müxtəlif ssenarilər təqdim edilib. Nəticələr göstərib ki, özünü humanist kimi tanıdan fərdlər digər insanın niyyətlərini şübhə altına almadan kömək etmək və məlumat paylaşmaq üçün orta səviyyədən daha yüksək meylə malikdirlər.


Araşdırmanı aparan sosial psixoloq doktor Elif Kara, "Humanist dəyərlərin mərkəzində empatiya, əməkdaşlıq və inklüzivlik dayanır. Bu, cəmiyyət üçün dəyərli xüsusiyyət olsa da, bəzi hallarda pis niyyətli şəxslər tərəfindən istifadə edilə bilər", - deyib.


Bununla belə, ekspertlər “çox sadəlövh” etiketinin ümumiləşdirici və ədalətsiz ola biləcəyini vurğulayırlar. İnsan mehribanlığı həm də yüksək sosial zəka, güclü sosial əlaqələr və əməkdaşlıq etmək bacarığını nəzərdə tutur. Harvard Universitetinin professoru Ceyms Rou demişdir: “Yaxşı niyyətli olmaq axmaqlıq deyil, əsas şey xoşməramlı sağlam düşüncə və biliklə balanslaşdırmaqdır”.


Mənbə: Evrim ağacı


Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et