Bu gün:

Saçların tez-tez yuyulması həqiqətən zərərlidirmi?


Nyu Yorkdakı Mount Sinai Xəstəxanasının klinik dermatoloqu Dr. Rosemarie Ingleton deyir ki, sebum baş dərisinin çox qurumasının qarşısını alır və dərini infeksiyadan qoruyur. Bununla belə, o, yağın problem yarada biləcəyini də qeyd edib.

Tez yağlanan saçlar

Dr. Alam hər gün şampundan istifadə etməyin yağlı baş dərisi olan insanlar üçün doğru seçim ola biləcəyini söyləyərək əlavə edib ki, bu cür baş dərisi üzərində sebum yığılır və saçlar zəifləyir, yağlanır və qoxu gələ bilir. İncə saçların da daha tez yağlandığını deyən Dr. Alam nazik saçların yağlı olması üçün daha az saç toxumasına malik olduğunu qeyd edib. O, bu saç tipinə sahib olanların saçlarına uyğun şampunla hər gün saçlarını yuya biləcəklərini söyləyib.


Digər tərəfdən Dr. Alam baş dərisində toplanan və qıcıqlanmaya səbəb ola bilən, hətta saçların uzanmasına mane ola bilən gel və saç spreyi kimi məhsulların tez-tez istifadəçilərinin də hər gün duş qəbul edə biləcəyini bildirir.


Hansı saçlar hər gün yuyulmamalıdır?


Dr. Ingeleton deyir ki, hər gün, hətta bir neçə gün sonra belə yuyulan, quru, buruq, dalğalı saçlar  gündəlik olaraq yuyulmamalıdır. Amerika Dermatologiya Akademiyası həftədə bir dəfə saçları şampunla yumağı tövsiyə edir.


Nyu Yorkda İdris Dermatologiyasının qurucusu dermatoloq Dr. Shereene Idriss saçın nə qədər incə və ya yağlı olmasından asılı olmayaraq yuyulma üçün tövsiyələr verir.


Dr. Alam onu da qeyd edir ki, saç boyası və düzləşdirici vasitələrlə, kimyəvi üsullardan istifadə edəndə saçlar zədələnməyə daha çox meylli olur və həftədə iki-üç dəfə yuyulması məqsədəuyğundur. O, həmçinin bildirir ki, saçları isti su ilə deyil, ilıq su ilə yumaq lazımdır.


Əgər müntəzəm məşq edirsinizsə və həddindən artıq tərləyirsinizsə, Dr. Alam saçları gündəlik yumaq, heç olmasa yaxalamağı tövsiyə edir. Xüsusilə, yağlı saçlarda bu vəziyyətin kritik olduğunu vurğulayan Dr. İdris isə hər gün idman edən və yağlı saçlı insanların bir gün şampunla yuyub, bir gün suyla yumasının yaxşı ola biləcəyini bildirib.


Mənbə: Habertürk

Tərcümə etdi: Xədicə Cabbarlı

Paylaş
Şərh əlavə et