Beyində müəyyən şəxslərə reaksiya verən xüsusi neyronlar mövcuddur.
2005-ci ildə aparılan araşdırma zamanı alimlər epilepsiya xəstələrinin beyninə yerləşdirilən elektrodlar vasitəsilə neyron aktivliyini müşahidə ediblər. Bu zaman elm tarixində maraqlı bir hadisə qeydə alınıb: bəzi neyronlar yalnız Jennifer Anistonun şəkillərinə reaksiya göstəririb.

Həmin neyronlar Aniston-un fərqli tərzlərdə və müxtəlif rakurslardan çəkilən şəkillərinə belə eyni reaksiya verir, digər məşhur simalara isə “sakit” qalırdı. Bu tapıntı “concept cell” və ya “grandmother cell” nəzəriyyəsini gücləndirən əsas sübutlardan biri kimi dəyərləndirilib.
Bu neyronların ən maraqlı xüsusiyyətlərindən biri odur ki, vizual detallardan asılı olmayaraq, Aniston anlayışını tanıya bilirlər. Hətta onun Eyfel qülləsi önündə çəkilən fotosu təkrar-təkrar göstərildikdə, eyni neyron Eyfel qülləsinə də reaksiya verməyə başlayır. Bu isə yaddaşın və anlayışların beyində necə çevik şəkildə kodlandığını ortaya qoyur.
Alimlər bildirirlər ki, bu tip neyronlar əsasən hipokampus və entorinal korteks kimi uzunmüddətli yaddaşla bağlı bölgələrdə yerləşir və onların öyrənilməsi yaddaş və tanıma proseslərinin başa düşülməsində mühüm rol oynaya bilər.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
