Bu gün:

Alimlər xəbərdarlıq edir: Sarsıntıdan sonra bundan ehtiyatlı olun


Mütəxəssislər bildirirlər ki, yüngül beyin sarsıntısından sonra idmançılar sözün əsl mənasında istirahətdən qaçmalıdırlar.

100-dən çox beynəlxalq tədqiqatçı və klinisyen tərəfindən dərc edilən bəyanata görə, yüngül beyin sarsıntısı keçirmiş idmançılar tam istirahətdən qaçmalı və sağalmalarına kömək etmək üçün yüngül fiziki və əqli fəaliyyətlərə davam etməlidirlər.

Beyin sarsıntısı bir neçə həftə davam edə bilən oriyentasiyanın pozulması, başgicəllənmə, baş ağrısı, yaddaş itkisi və ya işığa və səsə həssaslıq kimi əlamətlərlə nəticələnən başın zərbəsi və ya sarsıntısı nəticəsində yaranan travmatik beyin zədəsinin bir növüdür.

“British Journal of Sports Medicine” jurnalında dərc olunan “Concussion Group in Sports”un (CISG) son bəyanatı 2022-ci ilin oktyabrında Amsterdamda keçirilən görüşün nəticələrinə əsaslanır.

Əhəmiyyətli bir tövsiyə odur ki, fərdlər sarsıntıdan 24-48 saat sonra gəzinti və ya stasionar velosiped sürmə kimi yüngül intensivlikli fiziki fəaliyyətə qayıtmalı və bundan sonra məşq intensivliyini sistematik olaraq artırmalıdır.

Bununla belə, sarsıntı əlamətlərinin intensivliyində əhəmiyyətli bir artım hiss edərlərsə, dayandırmalıdırlar. Beyin sarsıntısından sonra ilk 48 saat ərzində ekran vaxtını məhdudlaşdırmaq da tövsiyə olunur, çünki, bu, idrak enerjisini boşalda və ilk bir neçə gündə bərpaya mane ola bilər.

Mənbə: Sözcü

Tərcümə etdi: Namiq Atamalıyev

Paylaş
Şərh əlavə et