Manipulyasiya — bir şəxsin və ya qrupun başqalarını öz maraqları naminə yönləndirməyə çalışması kimi təyin olunur. Romantik münasibətlərdə tez-tez rast gəlinən bu davranışın ən əsas təsirlərindən biri, hədəf seçilən şəxsin özünü davamlı günahkar və yetersiz hiss etməsidir.
Marriage saytında yer alan xəbərə görə, manipulyativ qadınlar gerçək simalarını dərhal göstərmirlər. Bəziləri əvvəlcə şirin davranaraq qarşısındakı insanı təsiri altına alır, lakin zaman keçdikcə idarəedici və nəzarətçi bir mövqe tutur. Bəziləri isə qurban roluna girərək öz xoşbəxtliyinə görə başqalarını günahlandırırlar. Manipulyativ qadınların digər xüsusiyyətləri arasında emosional şantaj və sevgini mükafat kimi istifadə etmək kimi davranışlar da yer ala bilər.
Diqqət etməli olduğunuz 9 əsas əlamət:
1. Sözlərinizi təhrif edərək sizi günahkar hiss etdirər.
Öz hisslərinizi dilə gətirdiyiniz zaman sizi incitdiyinizi iddia edər.
2. İstədiyini etmədiyiniz halda sizi pis bir partnyor olmaqda günahlandırar.
3. Narahat olduğu bir şey olanda danışmaz, tamamilə susar.
Saatlarla, bəzən günlərlə heç bir təşəbbüs göstərməz. Ta ki siz üzr istəyənə qədər… Bu manipulyativ davranış sizi razılıq qazanmağa məcbur edir.
4. Nə qədər səhv etsə də, heç nə onun günahı deyil.
Əgər bir problem varsa, özünü qurban kimi göstərər.
5. Başlarda yalnız sizinlə daha çox vaxt keçirmək istədiyini düşünə bilərsiniz.
Amma zamanla sizin üçün önəmli olan insanları tənqid etməyə başlayar və onlarla görüşməyinizi əngəlləməyə çalışar.
6. Sağlam münasibətlər qarşılıqlı əməkdaşlıq üzərində qurulur.
Ancaq manipulyativ qadınlar hər şeyi özünü sübut etmə fürsəti kimi görər.
7. Sevgi nə mükafat, nə də cəza vasitəsi olmamalıdır.
Manipulyativ qadınlar bir an səmimi və sevgi dolu ola bilər, digər an isə soyuq və uzaq davranar. Bu da sizin onları razı salmaq üçün daha çox səy göstərməyinizə səbəb olar.
8. Hadisələri sizin xatırladığınız kimi olmadığını iddia edər.
“Sən cox şişirdirsən” və ya “çox həssassan” kimi sözlərlə sizi öz gerçəyinizdən şübhələndirər.
9. Nə qədər çalışsanız da, hər zaman nəsə əskik olar.
Sürprizlər edərsiniz, ona ehtiyac duyduğu anda yanında olarsınız, lakin yenə də heç nə kifayət etməz.
Mənbə: Marriage
Tərcümə etdi: Mina Yadigarlı
