Bu gün:

Limerence sindromu -Niyə onu unuda bilmirik?


Limerence – bir insana qarşı idarəolunmaz, obsesiv (təkrar və dayanıqsız) romantik düşüncələr və hisslər yaşamaq halıdır. Bu vəziyyətdə insan, qarşı tərəfin (yəni LO – limerent obyektin) ona qarşı nə hiss etdiyini bilmədiyi üçün düşüncələrə və fantaziyalara qapılır.

Bu hal aşiq olmaqdan fərqlidir, çünki:

Qarşılıqlı sevgi yoxdur (və ya çox qeyri-müəyyəndir).

Hisslər şiddətli, idarəolunmaz və narahatedici olur.

İnsan özünü tamamilə LO-nun fikirlərinə, reaksiyalarına və davranışlarına fokuslayır.

Limerence-ə kimlər tutulur?

Hər yaşdan və cinsdən insanlar limerence yaşaya bilər.

Xüsusilə təhlükəli və ya qeyri-sabit emosional bağlanma (bağlanma stilləri) olan şəxslərdə daha çox müşahidə olunur.

Anxiyoz, çəkingən və ya disfunksional bağlanma tərzi olan insanlar risk altındadır.

Bəzən uşaqlıq travmaları, özgüvən çatışmazlığı və ya keçmişdə sevgi görməmək də bu vəziyyəti şiddətləndirə bilər.

Əlamətlər:

Limerence yaşayan şəxslər:

LO-nu dəfələrlə düşünür, fantaziyalar qurur;

✓Onun yazdığı mesajları, baxışlarını, sözlərini dəfələrlə analiz edirlər;

✓LO-dan gələn ən kiçik pozitiv siqnal onlarda eyforiya (xoşbəxtlik partlaması) yaradır.

Əksinə, soyuqluq və ya diqqətsizlik onları çökdürə bilər.

Gündəlik həyat, iş və sosial münasibətlər bu obsesiyadan mənfi təsirlənə bilər.

Psixoloji kökləri

Limerence, aşağıdakılarla əlaqəli ola bilər:

Anxiyete (narahatlıq);

Obsessiv-kompulsiv pozuntu (OKP);

Travma sonrası stress;

Bağlanma pozuntuları (attachment disorders). 

Bu vəziyyət erotomaniyadan fərqlidir. Erotomaniyada şəxs qarşısındakının onu sevdiyinə əmindir (halüsinasiyalar), limerence-də isə qarşı tərəfin nə düşündüyü ilə bağlı daim narahatlıq var.

Müalicə və çıxış yolları

Limerence öz-özünə keçə bilər, amma çox zaman peşəkar psixoloji dəstək faydalıdır.

Effektiv üsullar:

✓Kognitiv Davranışçı Terapiya (CBT) – təkrarlanan düşüncə döngülərini qırmaq üçün;

✓Şüurlu fərqindəlik (mindfulness) – anı yaşamaq və LO fikirlərindən uzaqlaşmaq;

✓Gündəlik yazı və duyğu tənzimi məşqləri;

✓LO ilə əlaqəni kəsmək, sosial mediada qarşılaşmamaq;

✓Özünü tanıma və özünə şəfqət üzərində işləmək. 

Mənbə: Medical News Today 

Tərcümə etdi: Fatimə Cabbarlı 

Paylaş
Şərh əlavə et