Eyfel qülləsinin zirvəsi həddindən artıq istilər səbəbindən iki gündür ziyarətçilərin üzünə bağlanıb, səlahiyyətlilər turistlərə günəşdən qorunmaq və bol su içmək barədə xəbərdarlıq edib.

Planet istiləşdikcə belə hava hadisələri daha tez-tez baş verir: son illərdə quruda temperaturu artıran Aralıq dənizi istilərinin təsiri daha qabarıq şəkildə özünü göstərir. Bu okean istisi ölümcül daşqınlara kömək edir və dağıdıcı meşə yanğınlarını artırır. Fransanın demək olar ki, hamısı qızmar isti ilə mübarizə aparır. Bazar ertəsi bir çox şəhərdə havanın temperaturu 38 dərəcəni keçib.
Ən yüksək səviyyə olan qırmızı isti dalğası xəbərdarlığı Fransanın 16 bölgəsində, o cümlədən Parisin də daxil olduğu İle-de-Fransda qüvvədədir. Eyfel qülləsinin zirvəsi çərşənbə axşamı və çərşənbə günü turistlər üçün bağlı idi. Rəsmilər ziyarətçiləri həddindən artıq istilərlə bağlı xəbərdar edib və onları ehtiyatlı olmağa çağırıb.
Eyfel qülləsinin saytında verilən açıqlamada "Narahatlığa görə üzr istəyirik. Bu yüksək temperatur dövründə özünüzü günəşdən qoruyun və mütəmadi olaraq su için" deyilib.
Mənbə: NTV
Tərcümə etdi: Sona Osmanova
