Bu gün:

Kosmosda son kəşflər


Kosmosun araşdırılması hər zaman insanlığı valeh edib və bizim yaşadığımız nəhəng kainat haqqında sirrləri açıb. Texnologiyanın, xüsusilə James Webb Kosmik Teleskopu (JWST) sayəsində əldə olunan nailiyyətlər son bir il ərzində kosmosla bağlı təsəvvürlərimizi dəyişdirən inqilabi kəşflərlə yadda qalıb. Bu kəşflər arasında nəhəng “qırmızı canavar” qalaktikalardan tutmuş sərbəst hərəkət edən planetlərə qədər müxtəlif maraqlı obyektlər yer alır. Hər bir tapıntı kosmos haqqında biliklərimizə yeni qatlar əlavə edir. Bu kəşflər göstərir ki, kainatın və onun tərkib hissələrinin necə formalaşdığı və inkişaf etdiyi ilə bağlı mövcud nəzəriyyələr yenidən nəzərdən keçirilməlidir. Hər yeni nailiyyət bizdə kosmosun mürəkkəbliyinə daha dərin hörmət yaradır və bizi Yer planetindən uzağa – ulduzların sirli dünyasına baxmağa təşviq edir.


1. “Qırmızı nəhəng” qalaktikalar və erkən kainata dair nəzəriyyələrə təsiri:

James Webb Kosmik Teleskopu (JWST) tərəfindən aşkarlanan bu qalaktikalar təxminən 12.8 milyard il yaşıdır. Hər biri Günəşdən təxminən 100 milyard dəfə daha böyükdür. Bu, qalaktikaların yavaş-formalaşma modelinə ziddir və çox sürətli ulduz istehsalını göstərir.

2. Çin–Kosmik texnologiyada yeni mərhələ:

Çin yüksək güclü mikrodalğa “Death Star” peyk məhv edən silahlar və CSSHQ adlı gizli kosmik təyyarə üzərində işləyir. Bu texnologiyalar kosmik təhlükəsizlik sahəsində yeni rəqabət və müzakirələr yaradır.

3. Sərbəst “könüllü” planetlər:

JWST astronomlar tərəfindən NGC 1333 nebulasında ulduzsuz, sərbəst hərəkət edən planetləri aşkar edib. Onlar ya sistemdən atılmış, ya da ulduz qarşısında formalaşa bilməmiş obyektlərdir.

4. “Qaçan” mini ulduz – saatda 1.2 milyon mil sürətlə:

CWISE J1249+3621 adlı bu ulduz supernova nəticəsində yüksək sürətlə hərəkət edir. Belə sürətlər qalaktikadan çıxmağa səbəb ola bilər.

5. Qalaktika təkamülündə “itirilmiş keçid” – GS‑NDG‑9422:

JWST tərəfindən aşkar edilən bu qalaktika qazlarda daha işıqlıdır, bu isə Populyasiya III ulduzlarına aid ola bilər. Bu, erkən qalaktik təkamül üçün əsas missiya ola bilər.

6. Marsda daş formalaşmaları:

NASA-nın Perseverance roveri Marsda “üz tanıma” daşı və “Freya Castle” zolaqlı vulkanik qara-ağ daşı tapdı. Bunlar planetin sulu keçmişini və müxtəlif geoloji prosesləri göstərir.


Bu kəşflər darvinist stsenariləri sorğulayır, Kosmosun erkən mərhələlərini anlamaqda mühüm ipucları verir və Mars kimi yaxın planetlərdə həyatın mümkünlüyünü daha real edir. Elm insanları bu məlumatları qiymətləndirir və gələcək araşdırmalar üçün böyük ümidlərlə baxırlar.


Mənbə: sciencerecent

Tərcümə etdi: Aysu Əsgərzadə

Paylaş
Şərh əlavə et