24Media.az-ın budəfəki qonağı hüquqşünas Ramil Süleymanovdur. O, "hüquqi mexanizm" anlayışına dair suallarımızı cavablandırıb.-"Hüquqi mexanizm" anlayışı nədir və hüquqi sistemin funksionallığında hansı rolu oynayır ?
"Hüquqi mexanizm" anlayışı qəbul olunan qanunverici aktlarının real praktika və icrası və onun şərtidir. Hüquq sisteminin funksionallığında isə belə bir rol oynayır ki, qəbul olunan qanunların, harada və nə zaman hansı prosedur əsaslarla, hansı sənədləşmə prosesləri ilə icra olunması bunların hamısı hüquqi mexanizm hesab olunur və bu hüquqi mexanizmdə mütləq şəkildə qəbul olunan qanunlar eyni zamanda həmin qanunların effektivliyini ortaya qoyur.
-Azərbaycanda "hüquqi mexanizm"lər insan hüquqlarının qorunması baxımından nə dərəcədə effektiv işləyir ?
Ümumiyyətlə, Azərbaycanda hüquqi mexanizmlərin nə dərəcədə işləməsi bir hüquqşünas kimi hesab edirəm ki, kafidir. Çünki qəbul olunan qanunlar eyni zamanda insan hüquqlarının qorunmasına xidmət etdiyi halda həmin qanunlar effektiv qanun hesab olunur və bildirmək istəyirəm ki, hüququ pozulan vətəndaşların dövlət qurumlarında, məhkəmələrdə, hüquq-mühafizə orqanlarında hüquqlarının necə qorumması bu qanunlarının effektivliyinin göstəricisidir.
-"Hüquqi mexanizm"lərin icrasında məhkəmə sisteminin rolu ilə vətəndaş cəmiyyətinin iştirakı arasında hansı balans mövcuddur?
Əlbəttə ki, dövlət qurumlarından narazı olan vətəndaşlar ilk olaraq həmin qurumların daha üst rəhbərliyinə daha konkret desək, apellyasiya şuralarına müraciət etməklə həllinə nail ola bilərlər və ya məhkəmələrə müraciət etməklə həll edə bilərlər. Ölkəmizdə bir neçə qrup məhkəmələrimiz mövcuddur. Məsələn, Komissiya məhkəmələri var bu məhkəmə hüquqi və fiziki şəxslərə xidmət edir. Bu rayon-şəhər məhkəmələridir yaxud da inzibati məhkəmələrdir. Əsasən, bütün məhkəmələrimizin təyinatı Azərbaycan Respublikasının qanunvericiliklə vətəndaşlar qarşısında üzərinə götürdükləri konistisiyon öhdəliklərdir və bu konstisiyon öhdəliklərin icrası dövlətin vətəndaşların qarşısında bir borcudur, nəticə ehtibarı ilə həmin qurumların da vətəndaşlara xidmətidir.
Ayxan Cəfərov