Bu gün:

Alternativ səyahət istiqamətləri


Kanada, Danimarka, Finlandiya, Fransa, Almaniya və Birləşmiş Krallıq vətəndaşlarına son aylarda belə deyilib: ABŞ-yə səyahət planlaşdırırsınızsa, vəziyyət dəyişib. Hər altı ölkə son siyasət dəyişikliklərini nəzərə alaraq səyahətlə bağlı yenilən tövsiyələr verib, o cümlədən ESTA və viza müraciətlərində transgender şəxslərin kişi və ya qadın kimi tanınması tələbi də daxil olmaqla giriş qaydalarının sərtləşdirilməsinə diqqət çəkib.

Nəticədə, “Azadlar ölkəsi”nə səyahətlə bağlı münasibət dəyişməkdədir. Sərhəddə anlaşılmazlıqlara görə saxlanılan turistlərlə bağlı xəbərlər və hava nəqliyyatında baş verən nasazlıqlar səyahətçilərin inamını daha da azaldıb. Bəs ABŞ-nin geniş mənzərələrini, mədəni enerjisini və kino səhnələrinə bənzər atmosferini sevirsinizsə, lakin bu il planlarınızı dəyişmək istəyirsinizsə hara getmək olar?

Əgər Nyu-Yorku sevirsinizsə, Torontoya gedin

Toronto çoxdan filmlərdə və televiziya şoularında Nyu-Yorku əvəzləyir. Eklektik memarlığı, müxtəlif mənzərələri və film sənayesi üçün əlverişli şərtləri sayəsində, hətta 1970-80-ci illərdə Donald Trampın yüksəlişini göstərən “The Apprentice” filmində belə Nyu-York kimi təqdim olunub. Təbii ki, Toronto daha kiçik bir şəhərdir: burada Yankees yox, Blue Jays beysbol komandası var və pizza əvəzinə poutine sevilir. Lakin oxşarlıqlar da az deyil. 400 akrlıq High Park yürüyüş yolları və albalı ağacları ilə Central Park-ı xatırladır, CN Tower isə Empire State Building-ə bənzər şəhər mənzərəsi təqdim edir. Hətta tarixi belə uyğundur. 1793-1834-cü illərdə Toronto “York” adlandırıb.

Kovboy mədəniyyəti və Argentina

“Yellowstone” serialı və Beyonce-nin “Cowboy Carter” turu ilə kovboy mədəniyyətinə maraq artıb. Montana və Vayominqdə bu sahəyə maraq çoxalsa da, bu mədəniyyəti yaşamaq üçün ABŞ-yə getmək şərt deyil. Argentinanın kovboy mədəniyyəti min illik ənənəyə malikdir. Estancia adlanan kovboy fermalarında qonaqlar at minmək, asado (ənənəvi ət qızartması) və mate içkisini təcrübədən keçirə bilərlər.

Əgər San Fransiskonu sevirsinizsə, Keyptaunu ziyarət edin. Məşhur dumanı, Qızıl Darvaza Körpüsü, Silikon Vadisi və Alkatras adası ilə San Fransisko ABŞ-nin ən tanınan şəhərlərindən biridir. Lakin dünyanın digər tərəfində yerləşən Cənubi Afrikanın Keyptaun şəhəri də oxşar atmosferə sahibdir.

Əgər Las Veqas sizi cəlb edirsə, Makaoya gedin

Makao “Asiyanın Las Veqası” kimi tanınır. Keçmiş Portuqaliya koloniyası olan bu şəhər həm lüks otellər, həm də mədəni müxtəlifliyi ilə fərqlənir. Makao Bellagio otelinə malik olmasa da, Karl Lagerfeld tərəfindən dizayn edilən beşulduzlu otelə ev sahibliyi edir. Cotai Strip-də Venesiyanın Böyük Kanalının və Eyfel qülləsinin yarım ölçülü replikalarını görmək mümkündür.

Mənbə: Bbc news

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et