Bu gün:

Bratislavanın ən çox şəkil çəkilən heykəli


Bratislavada “Kumil” (Čumil) adlanan qeyri-adi heykəl var. O, kanalizasiya lyukundan boylanan bir fəhləni təsvir edir. Heykəl şəhərin tarixi mərkəzində, Laurinska və Panská küçələrinin kəsişməsində yerləşir.



“Kumil” 1997-ci ildə slovak heykəltəraşı Viktor Qulik tərəfindən qoyulub. Heykəlin nə məna verdiyi hələ də müəmmalıdır, lakin bir neçə məşhur versiya var:

Sadəcə dincəlir – o, işdən yorulub və lyukdan boylanaraq dincəlməyə qərar verib.

Maraqlı şəhər sakini – slovak dilində “Čumil” sözü “tamaşaçı”, “müşahidəçi” deməkdir. Ola bilsin ki, o, sadəcə yoldan keçənlərə baxır. Bəzi versiyalara görə Kumil sosialist rejimi dövründə işçilərin işi imitasiya etməsini simvolizə edir.


Heykəl turistlər arasında çox məşhurdur. Bir çoxları onun dəbilqəsini ovuşdurur bunun uğur gətirdiyinə inanırlar.

Heykəlin yanında sürücülərin təsadüfən ona toxunmaması üçün “Man at Work” (İşləyən insan) işarəsi qoyulub.

2000-ci illərdə heykəl bir neçə dəfə avtomobillər tərəfindən zədələnsə də, hər dəfə bərpa olunub.


Bir dəfə sərxoş bir turist fəhləni lyukdan “xilas etmək” qərarına gəlib. Deyilənə görə kişi bürünc Kumili həqiqi insan hesab edib və onun kanalizasiyada sıxışıb qaldığını düşünüb. O, heykəli çölə çıxarmağa çalışıb və eyni zamanda yüksək səslə kömək çağırıb. Səs-küyü eşidən keçənlər dərhal polisi çağırıblar.


Polislər hadisə yerinə çatanda gülüşlərini güclə saxlayıblar və turisti Kumilin sadəcə bir heykəl olduğuna inandırmağa çalışıblar. Bu hadisə yerli lətifələrə çevrilib və indi bələdçilər Kumilin nə qədər real göründüyünün sübutu kimi bu hekayəni turistlərə danışırlar.


Bu, Bratislavanın ən çox şəkil çəkilən görməli yerlərindən biridir və şəhər heykəltəraşlığında yumorun gözəl nümunəsidir.


Mənbə: Bratislavaguide 


Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et