Bu gün:

Göy qurşağının paytaxtı


Havay adalarının müntəzəm günəş işığı, qısamüddətli yağış leysanları və təmiz havası göy qurşağına baxmaq və planetin ən yaxşı şəraitini yaratmaq üçün bir araya gəlir. Bunlar o qədər tez-tez rast gəlinən mənzərədir ki, Havay Universitetinin professoru bu adaları “dünyanın göy qurşağı paytaxtı” adlandırır.

Hazırda adalarda qış-yağışlı mövsümdür, yəni göy qurşağı görmək ehtimalı həmişəkindən daha yüksəkdir.

Havayda göy qurşağı o qədər tez-tez yaranır ki, onlar ada həyatının məşhur simvollarına çevrilirlər. Onların şəkilləri binaları, ictimai avtobusların yanlarını bəzəyir və standart nəqliyyat vasitələrinin nömrə nişanlarında görünür. Havay Universitetinin idman komandaları hətta göy qurşağının adını daşıyır.

Mənbə: ABC News

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et