Bu gün:

Hüquq təhsilinin tədrisi


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi hüquqşünas Emin Quliyevdir. O, hüquq sahəsində keçirilən təhsil sistemindən danışıb.

- Bu gün universitetlərdə hüquq təhsili necə tədris edilir?

-Hesab edirəm ki, nəzəri hüquqla praktiki hüquq arasında  kifayət qədər ciddi fərq var. Təəssüflər olsun ki, ali təhsil ocaqlarında hüquq daha çox nəzəri cəhətdən keçirilir. Son zamanlarda qanunvericlikdə tez tez dəyişikliklər həyata keçirilir. Məsələn, 2020-ci ilin oktyabrında mülki prosessual məcəllədə çox ciddi dəyişikliklər baş verdi. Təsəvvür edin ki, həmin qanunvericiliyi öyrənmiş tələbələr üniversiteti bitirdikdən sonra mülki prosessual məcəlləni yenidən öyrənməli olurlar. Ümumiyyətlə, praktiki qaydada daha çox günün reallığını əhatə edən şəkildə tədris aparılsa, daha uğurlu nəticə əldə edərik. İndi daha bir dəb halı yaranıb ki, hüququ bəzi universitetlərdə əcnəbi dildə (ingilis və ya rus) tədris edirlər. Bu isə düzgün yanaşma deyil. Yerli hüquq sistemini Azərbaycan dilində öyrənmək daha düzgündür. Çünki istənilən dövlət qulluğuna imtahan yerli dildə keçirildiyinə görə, tələbə bu sahədə çalışmaq üçün əlavə hazırlıq kurslarına xərc sərf etməli olur.

Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et