Bu gün:

Qəzzada buldozerlə əzilən gənc fəal - Reyçel Korrin


Reyçel Korrin 1979-cu ildə ABŞ-nin Vaşinqton ştatında orta səviyyəli bir ailədə dünyaya gəlib. Uşaqlığından etibarən ətrafına diqqətlə yanaşan Reyçel dünyada sülhün bərqəqrar olacağına və bunu onun kimi güclü inama malik insanların edəcəyinə inanır. Elə bu məqsədlə sülh fəallarına qatılan Reyçel kasıb, ya da varlı olmağın, üçüncü dünya ölkəsində yaşamağın, ya da dünyada güc mərkəzinin vətəndaşı olmağın insanların dəyərini ölçmədiyini iddia edir.

Sülh tərəfdaşlarına qoşularaq ön Asiyanın qızğın müharibə ocaqlarına səyahət edən, müharibədən zərər çəkən insanlara yardım edən Reyçel 2003-cü ildə növbəti hədəf kimi Qəzzanı seçir.

Gənc fəal daha əvvəl də dəfələrlə etdiyi kimi zülmün qarşısında dimdik dayanıb. İsrail buldozerlərinin Qəzzanın Rəfah şəhərindəki evləri yerlə bir etməklə bağlı tapşırıq aldığı bir gündə sülh istəyən 23 yaşlı gənc Reyçel Korrinin faciəsi yaşanıb. 

2003-cü ilin martında Qəzza zolağının Rəfah şəhərində İsrail buldozerinin fələstinlilərin evlərini sökməsinə mane olmağa çalışarkən amerikalı sülh fəalı Reyçel Korrin iş maşını tərəfindən vurulub və operatorlar onu heç görmədiklərini iddia ediblər. Bu hadisədən sonra Reyçel sülh tərəfdaşı kimi Qəzza şəhidləri arasında öz yerini alıb.

Mənbə: Allthatsinteresting

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et