
İbn Sina qərblilər tərəfindən həkimlərin lideri kimi tanınır və “Böyük Ustad” adlanır. İbn Sina yeddi əsr boyunca tibb sahəsində əsas istinad əsəri olaraq qalan “El-Kanun fi't-Tıb” (“Tibb qanunu”) kitabı ilə məşhurlaşmış və bu kitab əsas əsər kimi Avropa universitetlərində tədris edilmişdir. Bu kitab 17-ci əsrin ortalarına qədər tibb elmində təməl bilikləri öyrədən əsas əsər olub.
Fars təbabətçisi, astronom, yazıçı və filosof İbn Sina 980-ci ildə Buxara yaxınlığındakı Efşene kəndində anadan olub, 1037-ci ildə Həmədan şəhərində vəfat edib. O, tibb və fəlsəfəyə yönəlmiş müxtəlif sahələrdə 200 kitab yazıb.
İbn-i Sina Kuşyar adlı bir həkimdən tibb təhsili almışdır. O, müxtəlif mövzularda 450-yə yaxın məqalə yazıb, onlardan 240-ı günümüzə qədər gəlib çatıb. Yazılan yazıların 150-si fəlsəfəyə, 40-ı isə tibbə aiddir. Əsərlərindən ən məşhurları fəlsəfə və elmi əhatə edən çox əhatəli bir əsər olan Kitabü'ş-Şifa (Şəfa kitabı) və El-Kanun fi't-Tıb (Tibb Qanunu) əsərləridir. Bu iki əsər orts əsr universitetlərində tədris olunub. Əslində, bu əsər 1650-ci ilə qədər Monpelye və Luvendə dərslik kimi istifadə edilib .
Samanilər sarayının katiblərindən Abdullah Bin Sinanın oğlu İbn-i Sina (Qərbdə İbn Sina kimi tanınır) atası məşhur alim Natili və İsmayıl Zahitdən dərs alır. O, həndə (xüsusilə Evklid həndəsəsi), məntiq, fiqh, qrammatika, tibb və təbiət elmləri ilə məşğul olub. O, Aristotelin fəlsəfəsini və metafizikasını Əl-Fərəbinin əl-İbani əsəri vasitəsilə öyrənmiş və xəstə Buxara şahzadəsini sağaltdığı zaman saray kitabxanasından bəhrələnmək imkanı qazanıb. Atası vəfat edəndə Cur-canda Şirazlı Əbu Məhəmməddən dəstək alıb. O, öz dövründə tanınan bütün yunan filosoflarının və Anadolu təbiətşünaslarının əsərlərini araşdırmışdır.
Mənbə: Hürriyyət
Tərcümə etdi: Fatimə Hüseynova
