
Eiffel qülləsi Fransanın ən məşhur simvollarından biridir, lakin az adam bilir ki, bu möhtəşəm tikili əvvəlcə İspaniyanın Barselona şəhəri üçün nəzərdə tutulmuşdu. 1887-ci ildə mühəndis Gustave Eiffel qüllənin layihəsini Barselona rəhbərliyinə təqdim edib. O dövrün memarlıq baxımından olduqca irəli görünən bu layihəsi şəhəri bəzəmək və sənaye sərgisində diqqət çəkmək üçün təklif edilmişdi.
Lakin Barselona rəhbərliyi layihəni rədd etmişdi. Onlar qülləni çox bahalı, faydasız və şəhər memarlığı ilə uyğun olmayan bir tikili hesab etdilər. Bundan sonra Gustave Eiffel layihəni Parisə təklif etdi və 1889-cu ildə keçirilən Ümumdünya Sərgisi üçün tikilməsinə qərar verildi.
Bu rədd cavabı Barselona üçün böyük bir itki sayıla bilər. Çünki Parisdə tikilən Eiffel qülləsi bu gün dünyada ən çox ziyarət edilən turistik məkanlardan biridir. Hər il milyonlarla insan qülləni görmək üçün Fransaya axın edir.
Əgər Barselona həmin vaxt bu layihəni qəbul etsəydi, bəlkə də bu gün qüllə İspaniyanın simvolu olacaqdı. Bununla belə, Paris Eiffel qülləsi ilə dünya miqyasında məşhurluğunu artıraraq mədəniyyət və memarlıq şəhəri olaraq öz adını təsdiqlədi.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
