Bu gün:

Mühafizə orderləri necə verilir?



24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı hüquqşünas Mehman Muradlıdır. O, Azərbaycanda mühafizə orderləri haqqında danışıb.

-Mühafizə orderləri nədir və Azərbaycanda necə verilir?

-Mühafizə orderlərinin iki forması var: qısamüddətli və uzunmüddətli. Qısamüddətli 30 gün üçün, uzunmüddətli isə 180 gün üçün verilir. Aralarındakı fərq bundan ibarətdir ki, zərərçəkmiş şəxsə görə olan zorakılığın dərəcəsindən asılı olaraq dəyişir. Qısamüddətlini yerli icra hakimiyyəti orqanı verə bilər və ya məhkəmə qaydasında da ola bilər, amma uzunmüddətlini yalnız polisin təqdimatı əasasında yenə məhkəmə təqdimatında baxılır. Məhkəmə ona 3 gün müddətində baxıb qərar qəbul etməlidir. Məhkəmə baxdıqdan dərhal sonra qüvvəsini alır və zərərçəkmiş mühafizə orderi ilə təmin olunur. Həmin müddət ərzində qərarda göstərir ki, zərərçəkənin neçə metr yaxınına gedə bilər və bu kimi məsələlər öz əksini tapır. Bu yeni institutdur, faktiki olaraq Azərbaycanda indiyənə kimi geniş istifadə olunmayıb. Sadəcə, uzunmüddətli mühafizə orderinin problemi nədir, orada zorakılıq olsa da, o məsələni mülki prosessual məcəlləyə saliblar. Mənə görə, bu düzgün yanaşma deyil. Bununla bağlı qanunvericilik aktı var, yenidən onu mülki prosessual məcəllə ilə də tənzimlənməsi absurddur. Bu məsələ ilə bağlı təzad fikirlər var. Ona görə də hesab edirəm ki, uzunmüddətli mühafizə orderi verilirsə, burada konkret olaraq hər hansı bir cinayətdən söhbət gedir, yəni inzibati xətadən söhbət gedir. Ona görə də hesab edirəm ki, uzunmüddətli mühafizə orderi birbaşa cinayət prosessual məcəllə ilə tənzimlənsə idi daha yaxşı olardı. Belə deyək də, insanlar cinayət işi olanda çox qorxur, yəni bu psixoloji bir məqamdır. Bu baxımdan deyə bilərəm ki, bu məsələ cinayət prosessual məcəlləsində öz əskini tapsa, daha yaxşı olar.

24media.az qeyd edir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən 2021-ci ilin 9 ayı ərzində məişət zorakılığı ilə bağlı rayon icra hakimiyyətlərinə 73 mühafizə orderi verilib. Bunlardan 69-u qısamüddətli, 4-ü isə uzunmüddətli mühafizə orderi olub. 2022-ci ildə isə verilən 58 mühafizə orderindən 46-sı qısamüddətli, 12-si isə uzunmüddətlidir.

Hüseyn İlyasov

Paylaş
Şərh əlavə et