Bu gün:

Əmək hüququ pozulan işçi nə etməlidir?


24Media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı hüquqşünas Fariz Namazlıdır. O, əmək hüquqlarının pozulması hallarında işçilərin hansı addımları atmalı olduqları barədə danışıb.

   -Əmək hüquqları pozulduğu halda işçilərin, ilk olaraq, nə etməsi tövsiyə olunur?

    -Əmək hüquqları pozulan işçilərə ilk olaraq mediasiya prosesindən keçmək tövsiyə olunur. Çünki mövcud qanunvericiliyə əsasən, əmək mübahisələrinin həlli üçün əvvəlcə mediasiya mərhələsi tələb olunur. Mediasiya zamanı işçi ilə işəgötürən arasında razılıq əldə olunmazsa, işçi hüquqlarının bərpası üçün məhkəməyə müraciət edə bilər.

Burada ən vacib məqamlardan biri nəzərdə tutulan müddətlərin keçməməsidir. Əgər işçi işdən azad olunubsa, bu halda o, 1 ay ərzində müvafiq şikayətini təqdim etməlidir. İşəgötürənlə işçi arasında pul mübahisəsi olduğu halda isə, işçi hüquqlarının pozulduğu günü müəyyən etdikdən sonra 1 il ərzində məhkəməyə müraciət edə bilər.

Fariz Namazlı qeyd edir ki, fərdi əmək mübahisələrinə yalnız göstərilən müddətlərə əməl olunmaqla məhkəmələr baxa bilər. Buna görə də işçilər hüquqlarını müdafiə edərkən vaxt çərçivəsinə xüsusi diqqət yetirməlidirlər.


Nailə Hadizadə

Paylaş
Şərh əlavə et