Bu gün:

Azərbaycan ali məktəblərində olan tarix dərsliklərinin qiymətləndirilməsi


24Media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı tarix elmləri namizədi, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Əziz Borandır. O, tarix dərslikləri ilə bağlı sualımızı cavablandırıb.

-Azərbaycan ali məktəblərində olan tarix dərsliklərini necə qiymətləndirirsiniz?

-Azərbaycan ali məktəblərində azərbaycan tarixi fənninin səviyyəsi qaneedici deyil. Dərsliklərin müasir dövrün tələblərini qarşılayacaq şəkildə yenidən yazılması lazımdır. O cümlədən, dərsliklərimizdə Azərbaycan adının tarixi anlamı, onun tarixi sərhədləri, və s. kimi şeylər haqqında məlumatlar çox azdır. Bundan başqa dövlət yaradılması haqqındakı fikir əvvəllər mövcud olan marksist-leninist baxış əsasında gənc nəslə öyrədilir. Halbuki indi türk dövlət yaratmaq təfəkkürü ilə ərəb-fars, yaxud Avropa tipli dövlət yaratmaq təfəkkürünün oxşar və fərqli cəhətləri, üstünlükləri gənclərə lazımi şəkildə çatdırılmır. Eyni zamanda, bizim dərsliklərimizdə xalqımızın yaranışı haqqındakı fikir də həddindən artıq zəif və birtərəflidir. Bundan başqa qeyd etməliyik ki, tələbələrimizə Oğuz, Oğuzların mənşəyi, yaxud hun tayfaları haqqında verilən bilgilər də yetərincə kifayət deyil və bütövlükdə bizim azərbaycan tarixi dərslikləri türk və islam dininin bir nümunəsi kimi yenidən işlənməlidir. Bizim tarix dərsliklərində xalqımızın apardığı çətin və keşməkeşli yollar, milli azadlıq hərəkatları, və mərhələləri ürəkaçan şəkildə qeyd olunmamışdır. Ümumiyyətlə, Azərbaycan ali məktəblərində azərbaycan tarixi dərsliklərinin yenidən yazılmasına məcburi şəkildə ehtiyac vardır.

Əli Mehdili


Paylaş
Şərh əlavə et