
Bir çoxlarının ölmədən əvvəl görüb həyatın dadını çıxartmaq istədiyi yerlər var. Araşdırmalara əsasən hər 10 insandan 6-nın ölmədən əvvəl getmək istədiyi yerlər məhz sizə təqdim etdiyimiz yerlərdir :
Maçu Piççu, Peru - And dağlarının zirvəsində yerləşən qədim İnka şəhəri təbiətin gözəlliyini və qədim sivilizasiyaların möhtəşəmliyini bir araya gətirib. Əzəmətli dağ mənzərələri ilə əhatələnən bu yeri ziyarət etmək həyatımızın ən unudulmaz anlarından biri ola bilər.
Santorini, Yunanıstan - Ağ binaları və mavi damları ilə məşhurlaşan Santorini adası Egey dənizinin incisi kimi hesab edilir. Gözəl gün batımları, əsrarəngiz gecə adətləri, vulkanik sahil zolaqları, gecə boyu işıldayan işıqları və möhtəşəm ada memarlığı ilə Santorini ziyarətçiləri üçün arzuolunan məkanlardan biridir.
Paris, Fransa - Dünyada ziyarətçiləri tərəfindən tez-tez “eşqlər şəhəri” kimi tanınan bu şəhər məhəbbət, romantika axtarışına gələn səyahətçiləri üçün yuva olur. Bu şəhər romantik atmosferi, zərif arxitekturası, tarixi abidələri və sənəti ilə tanınır.
Qütb ulduzları - Romantik və qeyri-adi arzu kimi qiymətləndirilən bu yer də bir çox səyahətçilər üçün əvəzolunmazdır, çünki bu ulduzları ilin müəyyən günlərində görmək mümkündür və təsadüfi deyil ki, bu işıqlar insanın xəyal dünyasında fərqli qapılar açdırır.
Mənbə: Forbidden
Tərcümə etdi: Dilbər Paşazadə
