Bu gün:

Antarktidanın vəhşi təbiətində Milad hazırlığı


Əgər qarla dolu bir Milad zəmanət edilsə, amma bu, ailənizdən və dostlarınızdan minlərlə kilometr uzaqda, donmuş bir təbiətdə işləmək demək olarsa, bu fürsəti dəyərləndirərdinizmi?


Bu il Antarktidadakı uzaq stansiyalarda yaşayan yüzlərlə alim, tədqiqatçı və dəstək heyəti üçün şənlik mövsümü belə keçir. Kembric mərkəzli British Antarktika Tədqiqatı (BAS) təşkilatının təxminən 300 üzvü Miladı beş tədqiqat stansiyasında və Harvidə yerləşən RRS Sir David Attenborough gəmisində keçirir.


İlin ən çətin dövrü olmasına baxmayaraq, çadırda yaşamayan və sahə tədqiqatı etməyən çoxsaylı şəxslər, bəzək-düzəklər hazırlamaq, gizli Milad Baba hədiyyələri vermək, birlikdə yemək yemək və ya şən bir film izləmək üçün vaxt tapır.


Təxminən 150 nəfər bu Miladı İngiltərənin ən böyük Antarktika tədqiqat stansiyası olan Adelaide Adasındakı Rothera Tədqiqat Stansiyasında keçirəcək, 25 nəfər isə stansiyadan uzaqda işləyir.


Dərin sahə tədqiqatları və əməliyyatları ilə yanaşı, bir çox insan Milad filmləri izləmək, ətli çörek hazırlamaq və zəncəfilli peçenye fiqurları bəzəmək üçün bir araya gələcək. Böyük gündə ənənəvi Milad yeməyi ilə yanaşı, futbol və çərçivə oyunları kimi idman tədbirləri də keçiriləcək.


Lakin yenə də əksər insanlar adi işlərinə davam edir. Hər zamanki kimi bir meteoroloji balonu dənizə buraxılacaq, dəniz dalğıcları nümunə toplamaq üçün körfəzdə işləyəcək və hava yaxşı olarsa, pilotlar tədqiqatçıları və heyətlərini sahədən götürmək və ya yerləşdirmək üçün uçacaq.


Stansiya rəhbəri Aurelia Reichardt bildirib: “Milad, stansiyadakı çoxsaylı insanlar üçün əhəmiyyətli bir vaxt və ənənədir. Antarktidada işləmək, ailədən və evdən uzaqda olmaq izolyasiyaedici ola bilər, buna görə stansiyada şən bir atmosferin olması, insanların bir-birlərinə bağlı hiss etmələrinə kömək edir. Həmçinin, ənənələri paylaşmaq və dəyişmək, daha güclü bir icma qurmağa kömək edir”.


Şənlik tədbirləri arasında təkrar emal edilmiş tullantılardan qapı çələngi hazırlamaq və köhnə kağızlardan origami pingvinləri düzəltmək yer alır.


BAS-ın qütb gəmisi RRS Sir David Attenborough, Essexdəki Harwidə yerləşir. Lakin gəmidəki Milad Günü, Antarktika Yarımadasının cənubunda səfərdə olacaq və Milad ərəfəsində bir tədqiqatçı heyətini iş sahələrinə qoyacaq.


Gəmidə 54 nəfər var və heyət artıq bəzəkləri hazırlamağa, gizli Milad Baba hədiyyə mübadiləsi üçün evdə hazırlanan hədiyyələr etməyə və hər həftə ən azı bir dəfə Milad film gecəsindən zövq almağa başlayıb.


Brunt Buz Sahanlığındakı Halley VI Tədqiqat Stansiyası, bu Miladda 36 nəfərə ev sahibliyi edəcək. Ayrıca, bir-birlərinə hədiyyələr almaq və modul stansiyanı bəzəməkdə məşğuldurlar. Lakin, eyni zamanda, elmi avadanlıqları yoxlamaq və Antarktika qışı boyunca məlumatların düzgün şəkildə toplanmasını təmin etmək kimi gündəlik işləri də yerinə yetirməlidirlər.


Bundan əlavə, bir heyət də tədqiqat məqsədilə buz nümunələri toplamaq üçün stansiyanın xaricində işləyəcək. BAS-ın daha kiçik stansiyaları var və King Edward Point Tədqiqat Stansiyası, Antarktidanın altındakı üç ada tədqiqat obyektindən biridir və 10 nəfərə ev sahibliyi edir.


Oradakı heyət, Cənubi Cörciya adasında Grytviken kilsəsində keçiriləcək dini mərasimdə iştirak edə biləcək, Milad Günü xüsusi naharın dadını çıxaracaq və həmçinin qaçışa və bilik yarışmasına qatılacaqlar.


Bird Island Tədqiqat Stansiyasında 12 nəfər işləyir, amma təbiət Milad Günü olduğunu anlamadığı üçün, altı nəfərlik zooloji sahə köməkçiləri heyəti Milad Baba şapkaları ilə açıq havada turlarını edəcəklər. Yumurtlama mövsümü olduğu üçün, gəzən albatrosların yumurtalarını, kürklü fokk, makaroni, moli pingvinləri və ispinozların balalarını yoxlayıb müşahidə edəcəklər.


Signy Adası Tədqiqat Stansiyasındakı yalnız beş nəfərlik kiçik heyət bir sıra elmi layihələr üzərində işləməyə davam edəcək, amma yenə də şənlik ziyafətinin, oyunların və digər fəaliyyətlərin dadını çıxara biləcəklər.


Mənbə: BBC

Tərcümə etdi: Fatima Farzali

Paylaş
Şərh əlavə et