1862-ci ildə Böyük Britaniyada anadan olan Cozef Merrik gənc yaşda fil xəstəliyinə tutulub və bədənində deformasiyalar başlayıb. Onun ifadələrinə görə fiziki qüsurlu olduğu təxmin edilən anası Cozefin hələ gənc ikən vəfat edib. Anasının ölümündən sonra atası başqa uşaqlı qadınla evlənir. Ögəy anası digər övladları kimi yaraşıqlı olmayan Cozefi kənarda qoyur, onunla pis davranır. Bu zülmə dözməyən balaca Cozef evi tərk edir.

Görünüşünə görə heç yerdə iş tapa bilməyən Cozef şəhəri gəzərkən sirkə rast gəlib. Burada qəribə görünüşlü və geyinmiş insanların müxtəlif şoularla insanları əyləndirdiyini gördükdə hər kəsin "qorxulu" hesab etdiyi bədənini nümayiş etdirərək pul qazana biləcəyini anladı və sirkə başladı. Əyləncəli Torr hekayəni bəzəyərək şouya çevirdi və onlar birlikdə pul qazandılar.
Bundan sonra işlər tamamilə Cozefin nəzarətindən çıxdı və o, şənlikçinin “qəfəs heyvanı” kimi rəftar etdiyi istismar alətinə və gəlir mənbəyinə çevrilməkdən qaça bilmədi. O, ifa etdiyi tamaşaya baxarkən London xəstəxanasında cərrah işləyən həkim Frederik Trevesin diqqətini çəkib və o, müxtəlif müayinələr üçün xəstəxanaya yerləşdirilib. Kral ailəsinin və zadəganların diqqətini çəkən Cozef zamanla bütün ölkədə məşhurlaşdı. Xəstəxananın idarə heyətinin qərarı ilə ömrünün sonuna qədər qalacağı otaq ona ayrılır. O, tədricən yeni həyat şəraitinə uyğunlaşır və onun zərif, humanist, yaradıcı və bədii mahiyyəti üzə çıxır. Kəlləsi çox böyük olduğu üçün ömrü boyu oturaraq yatmalı oldu. 1890-cı il aprelin 11-də adi insanlar kimi yatmaq istədiyi üçün kürəyi üstə uzanaraq 27 yaşında boğularaq öldü.
1986-cı ilə qədər John Merrick-in Proteus sindromu olduğu, Wiedemann sindromu olaraq da bilinən nadir anadangəlmə xəstəlik olduğu məlum deyildi. Bu xəstəlik 2003-cü ildə fil adamının sümükləri və tükləri üzərində aparılan DNT testləri nəticəsində təsdiqlənib.
Onun həyat hekayəsi 1980- cı ildə rejissor Devid Linçin çəkdiyi "Fil adam" filmi ilə böyük ekrana çıxarılıb.
Mənbə: Buzzfeed
Tərcümə etdi: Mina Yadigarlı
