Qrímsey adası İslandiyanın şimal sahilindən 40 km uzaqlıqda yerləşir. 6.5 km² ərazisi olan bu ada ölkənin ən şimal nöqtəsi və Arktika dairəsinə daxil olan yeganə yaşayış məntəqəsidir.

Tarixi:
1931-ci ilə qədər bu adaya çatmaq yalnız kiçik qayıqlarla mümkün idi. Hazırda isə Akureyri şəhərindən 20 dəqiqəlik uçuşlarla və ya Dalvík kəndindən 3 saatlıq bərə səfərləri ilə adaya getmək olar.
Təbiəti:
Qrímsey çoxsaylı dəniz quşları ilə məşhurdur. Adada qütb qağayıları, puffinlər, qara qanadlı kittiveyklər və digər quş növləri yaşayır. Quşların sayı adanın sakinlərini təxminən 50,000-ə 1 nisbətində üstələyir. Bundan əlavə, sərbəst dolaşan atlar və qoyunlar da burada mövcuddur.
Yaşayış:
Adada cəmi 20 nəfər daimi sakin var. Bu insanların əksəriyyəti balıqçılıqla məşğuldur və yerli təbiəti qorumağa çalışırlar
Güclü küləkləri və kəskin iqlimi ilə seçilən bu ada turistlər üçün macəra dolu təcrübə təklif edir. Xüsusilə, aprel ayında adaya qayıdan paffin quşları böyük maraq doğurur.
Qrímsey təbiət həvəskarları və macəra axtaranlar üçün unikal bir məkandır.
Mənbə: BBC
Tərcümə edən:Fatimə Cabbarlı
