1989-cu ildə Beverli Hillsdəki malikanəsində varlı valideynlərini güllələyib öldürən qardaşlar 30 ildən çox həbsxanada qaldıqdan sonra azadlıq qazana bilərlər.
Bazar ertəsi ikili telekonfrans vasitəsilə məhkəməyə gəldilər. Onlar illər sonra ilk dəfə məhkəmə iclasında azadlığa çıxmaq məqsədilə təkliflərində növbəti addımları öyrənmək üçün iştirak etdilər.
İzləyicilər yerli vaxtla saat 05:15-də - proseslərin başlamasına beş saatdan çox qalmış çöldə növbə yaratmağa başladılar.
Mənbə: BBC news
Tərcümə etdi: Ayxan Cəfərov