
Yamayka tropik istirahət yeri kimi tanınsa da, həm də təzadlarla dolu bir ölkədir. Sakit çimərliklər və möhtəşəm Mavi Dağlar, Kingstonun səs-küylü şəhər küçələri ilə bir arada varlığını sürdürür. Kingston, adanın paytaxtı olaraq dinamik enerji və mədəniyyətin mərkəzidir. Bu şəhər, həmçinin yeni otellər, müasir salonlar, sənət və mədəniyyət muzeyləri ilə zəngindir. Beynəlxalq pop ulduzu Şenseea Kingstonu "əsl" Yamayka adlandırır və şəhərin həm urbanistik, həm də kənd təbiətinin təzadını çox sevdiyini bildirir. O, Kingstonu ziyarət etməyin, yerli həyatla tanış olmağın və şəhərin təklif etdiyi əyləncə və tədbirlərdən zövq almanın vacibliyini vurğulayır.
Şenseea Kingstonun şəhər həyatı və kənd təbiəti arasındakı əlaqəni belə izah edir: "Kəndlərdəki təbiət və əkinçilik mənim üçün çox dəyərlidir, amma Kingstonun enerjisi və hərəkəti başqa bir şeydir." O, ildə bir neçə dəfə doğma şəhərinə qayıdır və burada kökləri ilə əlaqə qurmağın vacib olduğunu qeyd edir. Kingston, hər zaman yeni otellər, gecə klubları və restoranlarla səs-küylü bir yer olub, gecə həyatının heç vaxt dayanmaması ilə məşhurdur.
Yamaykanın digər bölgələri, Montego Bay, Negril və Ocho Rios kimi sahil kurortları ilə daha çox tanınsa da, Kingston həm də adanın mədəni və musiqi həyatının mərkəzidir. Burada, dünyaca məşhur dancehall musiqisinin və sənətçilərinin doğulduğu yerdir. Sean Paul, Beenie Man kimi məşhur sənətçilərin çoxu Kingstonun sakinidir və şəhər, bu musiqi növünün inkişafına böyük təsir göstərmişdir. Kingstonun enerjisi və musiqi səhnəsi, adanın mədəni irsini və həyat tərzini əks etdirən bir simvoldur.
Mənbə:BBC
Tərcümə edən: Fatimə Cabbarlı
