Bu gün:

Cazibədar qadın cəsus-Mata Hari


Mata Hari 7 avqust 1876-cı ildə Hollandiyanın Leuwarden şəhərində zəngin bir papaqçı ailəsində dünyaya gəlib. Mata Hari cazibədar qadın cəsusun sinoniminə çevrilmiş holland rəqqasə və kurtizan olub.O, hələ də qeyri- müəyyən olaraq qalır və onun günahı geniş şəkildə mübahisələrə səbəb olur.

Marqareta Zelle yeniyetmə ikən iflas olmuş zəngin bir papaqçının qızı idi.Valideynləri boşandıqdan sonra 1891-ci ildə anasını itirib.Bu itkidəm sonra Zelle qohumları ilə yaşamağa başlayıb.Daha sonra isə Leydendəki müəllimlər kollecində oxuyub.1895-ci ildə o, Hollandiya müstəmləkə ordusunun zabiti kapitan Rudolf MakLeodla evlənib. Bir çox məlumatlara görə, Rudolf təhqiramiz olub və Marqaretaya sifilis xəstəsliyini yoluxdurub.1897- 1902-ci illərdə onlar Yava və Sumatrada yaşayıblar.Cütlüyün iki övladı var idi.Oğlunun dayə tərəfindən zəhərlənərək öldürülməyinə baxmayaraq,bəziləri oğlanın valideynləridən sifilisə yoluxduğunu və xəstəliyin civə müalicəsi nəticəsində öldüyünü iddia edib.

Avropaya qayıtdıqdan sonra cütlük 1906-cı ildə boşanıb.Marqareta ilkin olaraq qızların vəlayətini alsa da,Rudolf maddi yardım göstərməkdən imtina edib və Marqaretanı uşaların vəlayətini verməsi üçün məcbur edib.Qızından ayrılan və ona  qovuşmaq üçün kifayət qədər pul qazanacağına ümid edən Marqareta 1905-ci ildə Parisdə Lady MacLeod adı ilə peşəkar rəqsə başlayıb.Tezliklə o, özünü Mata Hari adlandırıb.Hündürboy,son dərəcə cazibədar,Şərqi Hindistan rəqsləri ilə tanış və ictimaiyyət arasında faktiki olaraq çılpaq görünməyə hazır olan Mata Hari Parisdə və digər böyük şəhərlərdə dərhal uğur qazanıb.Yetkin həyatı boyu sevgililərinin çoxu hərbi qulluqçular olub.Əlaqələrinin bəziləri əsasən pulla bağlı idi.

Onun cəsusluq fəaliyyəti ilə bağlı faktlar qaranlıq olaraq qalır.Bəzi məlumatlara görə,1915-ci ilin sonlarında, o, Haaqada yaşayarkən, Almaniyanın fəxri konsulu Fransaya növbəti səfərində əldə edə biləcəyi hər hansı məlumat üçün ona pul ödəməyi təklif edib.Fransızlar tərəfindən həbs edildikdən sonra o, pul aldığı alman kəşfiyyatçısına yalnız köhnəlmiş məlumatları verdiyini etiraf edib.Mata Harinin verdiyi ifadələrə görə, o, almanların işğalı altında olan Belçikada fransız cəsusu kimi fəaliyyət göstərməyə razı olub və almanlarla əvvəlcədən razılaşması barədə fransız kəşfiyyatına məlumat verməkdən çəkinməyib.O, Müttəfiqlər üçün Almaniyadakı Brunsvik- Lüneburq hersoqu və İngilis həmyaşıdlığında Kamberland hersoqluğunun varisi Ernest Augustusun köməyini təmin etmək niyyətində.olub.

Fransızlar Mata Haridən ikiüzlülükdə şübhələnməyə başlayıb və 1917-ci il fevralın 13-də Parisdə həbs olunub. Rəsmilər onun cəsusluq fəaliyyətini Almaniya adından 50.000-ə yaxın fransız əsgərinin ölümündə günahlandırıblar.Bu iddianı təsdiqləyən heç bir dəlil olmasa da,Mata Hari 25 iyul 1917-ci ildə hərbi məhkəmə tərəfindən mühakimə olunub və ölüm cəzasına məhkum edilib.Təxminən üç ay sonra o, gülləbaran dəstəsi tərəfindən infaz edilib.Onun cəlladlarına öpüşlər üfürməsi iddiası sonradan gözdən yayınsa da,gözlərinə pərdə taxmaqdan imtina etməsi ehtimalı doğrudur.

Ölümündən sonrakı illərdə Mata Hari çoxsaylı kitab və filmlərin mövzusu olub.Daha çox məlumat üzə çıxdıqca, onun günahı ilə bağlı şübhələr yaranıb. Alman hökuməti 1930-cu ildə ona açıq şəkildə bəraət qazandırıb və onun fəaliyyətini sənədləşdirən fransız dosyesinin onun günahsız olduğunu göstərdiyi bildirilib.2017-ci ildə Fransa Mata Hari ilə bağlı müxtəlif sənədləri yayımlayıb və bir çoxlarını onun müharibədə ölkənin uğursuzluqlarına görə günahkar axtaran fransız məmurlarının günah keçisi olduğuna inanmağa vadar edib.

Mənbə:Britannica
Tərcümə etdi:Fidan Şahbazlı

Paylaş
Şərh əlavə et