Bu gün:

Araşdırmaçı jurnalist Neli Blay kimdir?


Nellie Bly təxəllüsü ilə tanınan Elizabeth Ceyn Kokran araşdırma jurnalistikasının qabaqcıllarından biri olub. 5 may 1864-cü ildə Pensilvaniyada anadan olan Blay torpaq sahibi iş adamı və hakim olan atasının 15 uşağının on üçüncüsü idi. Blayın anası Meri Ceyn atasının ikinci arvadı idi. Atası ikinci ailəsini vəsiyyətindən kənarda qoyub ölərkən, Elizabet Ceyn altı yaşında və kasıb idi. Anası Meri Ceynin ikinci evliliyi də pis nəticələndikdən sonra, Ceyn Kokran gənc yaşda ifadə verərək anasına ikinci evliliyindən qaçmağa kömək etdi. Bu hadisə onun qadın həmrəyliyi və hüquqlar uğrunda mübarizədə ilk qarşılaşması idi. Bu hadisədən sonra Blay qadınlığı təmsil edən soyadından sonra "-e" əlavə edərək Kokrane adından istifadə etməyə başladı. 15 yaşlı Elizabet Ceyn müəllim olmaq və ailəsini dolandırmaq üçün İndiana Normal məktəbinə getsə də, maddi çətinliklərə görə bir ildən sonra təhsilini yarımçıq qoydu. O, anası ilə bir qonaq evi idarə etmək üçün Pittsburqa köçdü. Pittsburqda müəllim məktəbində oxuyub və 1879-cu ildə oranı bitirib.

18 yaşında olarkən “The Pittsburgh Dispatch” qəzetində dərc olunmuş, qadınların yeri evdir və qadınların iş həyatında iştirak etməsi dəhşətdir kimi cinsiyyətçi ifadələrin yer aldığı məqaləyə cavab olaraq yazdığı məktub qəzet idarəçilərinin diqqətini çəkib və o, Dispetçerdən iş təklifi alıb. Bu təklifi qəbul etdikdən sonra o, qəzetin ilk qadın müxbiri olub. Belə ki, 1885-ci ildə The Pittsburgh Dispatch-də jurnalist kimi fəaliyyətə başlayan Kokrane, redaktorların da məsləhəti ilə seksist ideologiyalarla mübarizə aparan və qadın hüquqlarına böyük əhəmiyyət verən jurnalist Stiven Fosterin mahnısı olan Neli Blaydan ilhamlanaraq bu təxəllüs ilə yazmağa başlayıb.

1895-ci ildə 30 yaşında olan milyonçu və sənayeçi Robert Simen ilə evləndi. Qanuni olaraq adını Elizabet Ceyn Kokrane Simen olaraq dəyişdirdi və jurnalistikaya fasilə verdi.

Ərinin ölümündən sonra Iron Clad Manufacturing Company-nin rəhbəri olan Blay, bu gün də standart olaraq istifadə edilən 55 gallon yağ barabanlarını patentləşdirdi. O, şirkətin rəhbəri olduğu müddətdə sosial islahatlara təşəbbüs göstərdi; Şirkəti böyütməklə yanaşı, işçilərin hüquqlarını da qorudu. İstehsalat sahəsində yaradılmış idman qurğusu və kitabxana, səhiyyə xidmətləri və yüksək əmək haqqı Blayın unikal təcrübələri adlanır.

Bu investisiyalar sərvəti azaltmağa başlayanda Blay jurnalistikaya üz tutdu. 1920-ci ildə New York Journal-a başlayan Neli Blay, sufrajistlər hərəkatı haqqında yazdığı məqalələrlə səs-küy yaratdı. Birinci Dünya Müharibəsi boyu New York Evening qəzetinin adından müsahibələrini davam etdirən Neli Blay jurnalistlik karyerasına yenidən başladıqdan cəmi iki il sonra, 27 yanvar 1922-ci ildə 57 yaşında sətəlcəm xəstəliyindən vəfat etdi.

Mənbə:www.britannica.com
Tərcümə etdi: Sona Osmanova 

Paylaş
Şərh əlavə et