İmperator Kaliqula Romanın ən dəhşətli hökmdarı kimi tənəzzülə uğrayıb.Qısa müddətli hakimiyyəti dövründə dəli, pis və tanınması təhlükəli olan imperator Roma elitası arasında qarışıqlığa səbəb olub.O,senatorlardan ona tanrı kimi ibadət etmələrini tələb edib,arvadlarını həyasızcasına cariyə kimi alıb və ətrafındakıların çoxunun özbaşına edam edilməsini əmr edib.Kaliqulanın Senata nifrəti o qədər böyük olub ki,hətta,o, atını onlardan birinin yerinə konsul elan etmək istəyini bildirib.
Kaliqulanın hakimiyyətinin uzun sürmədiyini söyləmək kifayətdir.Hökmdarlığından cəmi dörd il keçəndə, cəmi 29 yaşında, Romanın üçüncü imperatoru teatrdan çıxarkən Praetorian Prefektinin rəhbərliyi altında narazı senatorlar tərəfindən öldürülüb. Hamının ona qarşı şəxsi gileyləri olub.Hətta sui-qəsdçilər Kaliqulanın arvadı və körpə qızını da qılıncdan keçirdiblər ki, Romanı onun qanından qurtarsınlar.Lakin,Kaliqulanın yaramazlıq litaniyası arasında hamını çaşdıran bir epizod var: onun dənizə müharibə elan etməsi və dəniz üzərində qələbəsini elan etməsi.Bu maraqlı epizod üçün əsas mənbə ilk 12 imperatorun qədim bioqrafı Suetonius olub.Eramızın 40-cı ilində baş vermiş hadisəni yazan Suetonius yazıb:
Müvəffəqiyyətinin bir abidəsi olaraq, o, İsgəndəriyyə Farosunda olduğu kimi, dənizdəki gəmilərin istiqaməti üçün gecə vaxtı işıqların yandırılmasını əmr edən mayak ucaltdı. Nəhayət, o, səxavətin ən görkəmli nümunələrini üstələyibmiş kimi əsgərlərə hər birinə yüz dinar mükafat vəd edərək dedi: “Gedin, şən olun, çünki indi varlısınız!”
(Suetonius, Life of Caligula, 46)
3-cü əsr tarixçisi Kassius Dio daha da irəli gedib.O bildirib ki, Kaliqula sahilə qayıtmazdan əvvəl trireme ilə bir az dənizə çıxaraq platformaya qalxıb və döyüş trubalarını çalıb. Sonra öz adamlarına Romada döyüş qəniməti kimi göstərmək üçün dəniz mərmilərini toplamağı əmr edib.
Kaliqulanın əqli degenerasiyası qədim mənbələr arasında yaxşı təsdiqlənib. Suetonius onu müntəzəm olaraq ay ilə söhbət edən,yuxusuzluq xəstəsi kimi təsvir edib.Hətta Kaliqula Apollon, Venera və Makedoniyalı İskəndər də daxil olmaqla ekssentrik kostyumlar üçün adi Roma paltarından çəkinib.Kaliqulanın Roma Forumunun üstündən keçərək tanrısı ilə məsləhətləşmək məqsədi ilə Palatin təpəsindəki sarayı ilə Kapitolindəki Yupiter məbədi arasında körpü tikdiyi də iddia edilir. Roma Bəzi mənbələrə görə Kaliqula Qüds məbədində özünə heykəl qoymaq niyyətində olub.

Kaliqulanı dəli adlandırmaq onun davranışını çox sadələşdirir.Ola bilər ki, Kaliqulanın hərəkətlərinin arxasında rəsmi tarixlərdə bilinməyən başqa bir səbəb olub,lakin Roma imperatoru kimi hökmranlıq kontekstində Kaliqulanın etdikləri mükəmməl məna kəsb edib. Roma imperatoru olmaq hərbçi olmaq demək idi və əgər olmasaydın, heç olmasa, özünü elə göstərməli idi.
Kaliqula hakimiyyətə gələndə cəmi 25 yaşında olub və 25 yaş əksər aristokrat Romalıların dəyərli hərbi təcrübə qazanması üçün kifayət qədər yaş hesab olunsa da, Kaliqula yeniyetməliklərini və iyirminci illərini Tiberiusla birlikdə Kapri adasında keçirib.Roma legionerləri əvvəllər Almaniyanın Reyn çayında Kaliqulanın çox təcrübəli atası Germanikə qarşı bir dəfə qiyam etmişdilər. Təcrübəsiz oğluna qarşı yenidən bunu etmək son dərəcə asan olub.Bununla da, Kaliqulanın dənizə müharibə elan etməsinin sarkazmlı səbəbi yaranıb.
"Roma İmperiyasının şöhrətini genişləndirmək üçün Okeanı keçməyəcəksiniz? O zaman burada, Neptun üzərində və onun dəhşətli qüvvələri - dəniz mərmiləri üzərində qələbəniz olacaq"
Mənbə:Walks Inside Rome
Tərcümə etdi:Fidan Şahbazlı
