Sean "Diddy" Combs işi ilə bağlı məhkəmə işindəki potensial şahidlərlə əlaqə saxlayaraq həbsxana qaydalarını pozub. İttihamçılar musiqi mogulunun digər məhbusların telefon hesablarından istifadə edərək şahidlərin ifadələrinə təsir etməyə çalışdığını iddia ediblər.
İttihamçılar qeyd olunan zənglərin araşdırılması nəticəsində, Combs’un ailəsinə də şahidlərlə əlaqə saxlamağı tapşırdığını bildirib. 55 yaşlı Combs hazırda Manhettendə saxlanılır və bütün ittihamları rədd edir.
Combs, həmçinin, sosial mediada potensial münsiflər heyətinə təsir etmək üçün müxtəlif cəhdlər etməkdə ittiham olunub.
Mənbə: BBC NEWC
Tərcümə etdi: Xavər Məmmədli
