
Honore de Balzak fransız realist ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir və öz monumental əsəri “İnsanlıq komediyası” ilə tanınır. Lakin Balzakın həyatında çox maraqlı və az bilinən faktlar var ki, bunlar onun şəxsiyyəti və yaradıcılığı haqqında daha geniş təsəvvür yaradır.
Mürəkkəb, müstəqil karyera başlanğıcı olub. Balzak karyerasına yazıçı kimi deyil, hüquq fakültəsini bitirərək hüquqşünas kimi başlayıb. Lakin bu sahədə işləmək onu qane etmədiyindən yazıçılığa meyl göstərib. Bununla yanaşı, o, ədəbiyyata başlamazdan əvvəl bir müddət müxtəlif bizneslərə girib. O, nəşriyyat biznesi, çapçılıq və hətta qəzetçilik kimi sahələrlə məşğul olsa da, hamısı uğursuz olub və onu ağır borclara salıb. Bu təcrübələr Balzakın əsərlərində pul və maddi vəziyyətə çox yer verməsinin səbəblərindən biridir.
Əlbəttə belə yazıçının qeyri-adi zövqüdə olub. O inanılmaz dərəcədə qəhvəni sevib. Balzakın inanılmaz məhsuldar yazıçı olması onun ciddi iş rejimi və qəhvə asılılığı ilə əlaqələndirilir. Onun yazı yazarkən gündə 50 fincana qədər qəhvə içdiyi deyilir. Balzak çox zaman gecələri yazmaq üçün istifadə edirdi və qəhvə onun enerjisini yüksək səviyyədə saxlamağa kömək edirdi. Onun qəhvəyə asılılığı o qədər məşhur olub ki, bu barədə özü də yazıb və qəhvənin ona təsirlərini təsvir edib.
Məşhur yazıçının keşməkeşli həyatı olub. Ağır borclardan əziyyət çəkib.
Balzak ömrü boyu problemlərlə üzləşib. Onun yaşam tərzi olduqca zəngin idi, lakin bu zənginlik, demək olar ki, tamamilə borclara söykənib. O, çox vaxt bahalı əşyalar alır, bahalı evlər kirayə götürür və yüksək səviyyəli həyat tərzi sürürdü. Bu səbəbdən də o, yazmaq məcburiyyətində idi, çünki borclarını ödəmək üçün daima pul qazanmalı idi.
Balzak həyatında bir sıra romantik münasibətlər yaşamışdır, lakin ən diqqət çəkənlərindən biri onun gələcək həyat yoldaşı Evelina Hanska ilə idi. Evelina Polşa əsilli varlı qadın idi və onlar Balzakın əsərlərindən birini oxuyandan sonra ona məktub yazıb. Onların məktublaşması 17 il davam etmiş və sonunda, Evelinanın ərinin ölümündən sonra, 1850-ci ildə Balzak Evelina ilə evlənmişdir. Bu sevgi məktubları uzun müddət gizli saxlanmışdı və yalnız Balzakın ölümündən sonra üzə çıxıb.
Balzak gecələr az yatmaqla tanınırdı. O, axşam saat 6-dan gecə yarısına qədər yatır, sonra isə gecə yarısından günortaya qədər yazırdı. Bu qeyri-adi rejim ona uzun müddət fasiləsiz yazmaq imkanı verirdi. Onun yazı prosesi çox intizamlı idi, lakin fiziki cəhətdən də yorucu idi.
Balzakın həyatı və yaradıcılığı, onun yaşadığı dövrün cəmiyyətinə dərin təsir göstərib və dünya ədəbiyyatının ən nüfuzlu simalarından birinə çevrilib.
Mənbə : Forbidden
Tərcümə etdi : Dilbər Paşazadə
