Bu gün:

Dünyanın ən gənc məhkumu


1944-cü il martın 24-də Corc və bacısı öz həyətlərində oynayarkən iki gənc ağdərili qız qısa müddətə onlara yaxınlaşır və harada gül tapa biləcəklərini soruşur. Saatlar sonra qızlardan xəbər ala bilmirlər və onları tapmaq üçün axtarış qrupu təşkil edilir. Corc axtarış qrupuna qoşulur və təsadüfən ətrafdakı bir şəxsə qızları gördüyünü deyir. Ertəsi gün səhər axtarılan qızların cəsədləri dayaz bir xəndəkdə tapıldığına görə Corc dərhal günahlandırılaraq həbs edilir. Valideynləri və ya vəkili olmadan saatlarla sorğu-sual edildikdən sonra şerif heç bir yazılı və ya imzalı ifadə təqdim etməyərək Corcun qətlləri etiraf etdiyini iddia edir.

Aprelin 24-də isə Corc Stinni faktiki olaraq, təkbaşına saxta məhkəmə ilə üzləşir. Heç bir afroamerikalı məhkəmə binasına buraxılmır və o, məhkəmə tərəfindən təyin edilən vəkilini, siyasi istəkləri olan vergi vəkilini və ya şahid belə çağıra bilmir. İttiham tərəfi şerifin Corcun iddia edilən etirafı ilə bağlı ifadəsini onun günahının yeganə sübutu kimi təqdim edir. Tamamilə yalandan ibarət olan münsiflər heyəti ittihamdan əvvəl 10 dəqiqə müzakirə etdikdən sonra hakim dərhal 14 yaşlı gənci ölüm cəzasına məhkum edir. Qara vəkillik qruplarının müraciətlərinə baxmayaraq, Qubernator Olin Conston məsələyə müdaxilə etməkdən imtina edir. Və beləliklə, Corc Stinni 20-ci əsrdə ABŞ-da edam edilən ən gənc insan olaraq yaddaşlarda qalır.

Yetmiş il sonra Cənubi Karolina hakimi Corcun sağ qalan üç bacısının, axtarış qrupu üzvlərinin və bir neçə ekspertin ifadələrinin daxil olduğu iki günlük dinləmə keçirir. Dövlət məhkəmədə məsələylə bağlı bütün ədalətsizliyə baxmayaraq, Corcun məhkumluğunun rəsmi olduğunu iddia edir. 

Birinci Stansiya məhkəməsi Corc Stinninin ona qarşı aparılan məhkəmə prosesi boyunca əsaslı şəkildə lazımi prosesdən məhrum edildiyini, iddia edilən etirafın məlum və könüllü olduğunu söyləməyin mümkün olmadığını, məhkəmə tərəfindən təyin edilən vəkilin az iş görmədiyini müəyyən edərək, bununla razılaşmır və məhkumluğu ləğv edir. Hakim Corcu müdafiə etmək üçün heç bir şey etmədiyini və onun təmsilçiliyinin effektiv olmamağının əsas səbəbi olduğunu deyir. “Mən bundan daha böyük ədalətsizlik düşünə bilmirəm!”.

Mənbə: A History of Racial Injustice

Tərcümə etdi: Fidan Şahbazlı

Paylaş
Şərh əlavə et