Bu gün:

Viktor Hüqo kimdir?


Viktor Hüqo fransız romantik yazıçılarının ən önəmli şair, romançı və dramaturqu olub. O, Fransada ölkənin ən böyük şairlərindən biri hesab edilsə də, xaricdə daha çox "Notre-Dam de Paris" (1831) və "Səfillər"(1862) kimi romanları ilə tanınıb.


Viktor Hüqo Joseph Léopold Sigisbert Hugo və Sophie Trebuchet'in üçüncü oğlu idi; Onun Abel Cozef Hüqo və Eugene Hüqo adlı iki böyük qardaşı olub. O, 1802-ci ildə Besançonda anadan olub. Yazıçı Napoleonu qəhrəman hesab edən azad düşüncəli respublikaçı idi. Anası 1812-ci ildə Napoleona qarşı sui-qəsd hazırladığı üçün edam edilən və general Viktor Lahori ilə sevgili olduğu güman edilən katolik kralçı idi.


Atası zabit olduğu müddətdə ailə tez-tez köçürdü və Hüqo bu səyahətlər zamanı çox şey öyrənib. Uşaqlıqda Neapola gedərkən o, geniş Alp aşırımlarını və qarlı zirvələri, möhtəşəm Aralıq dənizinin mavi rəngini və Romanı görüb. 5 yaşı olmasına baxmayaraq, bu 6 aylıq səfəri həmişə xatırladığını deyib. Ailə bir neçə ay Neapolda qalıb və sonralar birbaşa Parisə qayıdıb.


O, gəncliyində aşiq olub və anasının istəklərinə qarşı gələrək uşaqlıq dostu Adele Fuşe ilə gizlin nişanlanıb. Anası ilə yaxın münasibəti olduğu üçün o, Adele ilə evlənmək üçün anasının vəfatını gözləyib. (1822)


Adele və Viktor Hüqonun ilk övladı Leopold 1823-cü ildə anadan olub, lakin doğuşdan qısa müddət sonra vəfat edib. Növbəti il onların qızı Leopoldin 28 avqust 1824-cü ildə anadan olub.


Hüqonun böyük və sevimli qızı Leopoldin 1843-cü ildə Çarlz Vakkeri ilə evləndikdən az sonra 19 yaşında Sena çayında boğularaq vəfat edib.


Həyat yoldaşı Çarlz Vakkeri də onu xilas etmək istəyərkən ölüb. Həmin vaxt məşuqəsi ilə Fransanın cənubunda səyahət edən Hüqo qızının ölüm xəbərini oturduğu kafedə oxuduğu qəzetdən öyrənib. Qızının ölümü Hüqonu dərindən sarsıdıb. Sonralar qızının həyatı və ölümü haqqında çoxlu şeirlər yazıb.


Viktor Hüqo 22 may 1885-ci ildə 83 yaşında pnevmoniyadan vəfat edib. Onun ölümündən sonra ölkədə matəm ab-havası hökm sürüb.


Mənbə: Haberler.com

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et