Ukraynada təyyarə qəza enişi edib

Ukraynada təyyarə qəza enişi edib

Bu gün səhər saatlarında Ukraynanın Lvov şəhərinin aeroportu yaxınlığında Aн-12 təyyarəsi qəza enişi edib.

24media.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu gün saat yerli vaxtla 07:10 radələrində xilasedicilər “Lvov” beynəlxalq aeroportuna 13,7 kilometr qalmış Aн-12 təyyarəsi radardan itməsi barədə məlumat alıb.

Sonradan təyyarənin aeroport ətrafında enişi etdiyi müəyyənləşib. Ekipajların xilas edilməsi üçün işlər aparılır.

İlkin məlumata görə, hadisə nəticəsində ölənlər və yaralananlar var.