Şamaxıda Nəsimi poeziyası üzərində muğam konserti olub

Şamaxıda Nəsimi poeziyası üzərində muğam konserti olub

İkinci Nəsimi festivalı çərçivəsində sentyabrın 29-da Şamaxının Meysəri kəndində daha bir tədbir – Nəsimi poeziyası üzərində muğam konserti olub.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, muğam konserti festival iştirakçılarına unudulmaz anlar bəxş edib. İfaçıların bir-birindən gözəl və peşəkarlıqla səsləndirdikləri muğamlar mütəfəkkir şairin böyüklüyünün əsl təqdimatı olub. Ani sükutdan sonra gurultulu alqış sədaları həm də şairin ruhuna ehtiram idi.