Bu gün:

Qucaqlaşmağın stressi azaltdığını bilirdinizmi?


Həyəcanlı, xoşbəxt, kədərli olanda və ya təsəlli verməyə çalışarkən başqalarını qucaqlayırıq. Qucaqlaşmaq, deyəsən, ümumbəşəri təsəllivericidir. Eyni zamanda, stressi azaldır və bizə daha xoşbəxt hiss etdirir.

• Kimisə qucaqlamaqla dəstəyinizi göstərə bilərsiniz

Dostunuz və ya ailə üzvlərinizdən biri ağrılı və ya xoşagəlməz bir şeylə qarşılaşırsa, onları qucaqlayaraq dəstək olmağa çalışın. Alimlərin fikrincə, başqa bir insana toxunaraq dəstək vermək, təsəlli olunan insanın, hətta sizin stressinizi belə azalda bilər.

• Qucaqlaşmaq sizi xəstəliklərdən qoruya bilər

Qucaqlaşmaq stressi azatmaqla yanaşı, sizi xəstəliklərdən belə qoruya bilər.

Tədqiqatçılar 400-dən çox insan üzərində apardıqları araşdırmada müəyyən ediblər ki, qucaqlaşmaq bir insanın xəstələnmə faizini azalda bilər. Araşdırmaya əsasən, daha az dəstəyi olan iştirakçıların xəstələnmə ehtimalının digərlərinə nisbətən daha çox olduğu qeydə alınıb.

• Qucaqlaşmaq xoşbəxt hiss etdirir 

Bədənimizdəki kimyəvi maddə olan oksitosini alimlər bəzən “qucaqlaşmaq hormonu” adandırırlar. Bunun səbəbi başqasını qucaqladığımızda, toxunduqda və ya yaxın oturduqda onun səviyyəsinin yüksəlməsidir. Oksitosin hormonu xoşbəxtlik və daha az stresslə əlaqələndirilir.

Qucaqlaşmaq özünüzü yaxşı hiss etməyinizə, stressinizi azaldıb daha xoşbəxt olmağınıza kömək edəcəkdir. Elm sübut edir ki, ən yaxın insanlarla müntəzəm qucaqlaşmalar qısa da olsa, beyin və bədəninizə, xüsusilə, müsbət təsir göstərə bilər.

Mənbə: Healthline

Tərcümə etdi: Gülay Orucova

Paylaş
Şərh əlavə et