Bu gün:

Ağlamağın faydaları nələrdir?


Duyğuların gözlərdən axmasına icazə vermək son dərəcə müalicəvidir. Bu bizə hislərimizdən qurtulmağa imkan verir. Əslində, ağlamağın bir çox faydaları var:

• Əhvalınızı qaldırır

İnsanların ağlayan birinə dediyi ilk söz çox vaxt ağlamağı dayandırıb sakitləşmələri olur. Heç vaxt bu sözə qulaq asmayın. İstər xoşbəxtlik, istərsə də kədərdən asılı olmayaraq, göz yaşları hislərin ifadəsidir. Bütün bu hisləri içəriyə doldurmayıb tamamən yaşadığınız zaman böyük bir rahatlıq və sakitlik hiss edirsiniz. Bununla da əhvalınızı yüksəltmiş olursunuz.

•Ağrıları azaltmağa və özünüzü sakitləşdirməyə kömək edir

Tədqiqatlar göstərir ki, ağlamaq bəlkə də ən yaxşı daxili müdafiə mexanizmlərimizdən biridir. Göz yaşı tökdükdən sonra insanın özünü daha yaxşı hiss etməsinin səbəbi ağlamağın parasempatik sinir sistemini aktivləşdirməsidir. Digər səbəb isə uzun müddət ağlamağın oksitosin və endorfin (xoşbəxlik hormonları) ifraz etməsidir. Bunlar göz yaşlarınız dayandıqdan sonra hiss etdiyiniz sakitliyin arxasındadır.

• Emosional tarazlığı bərpa edir

Heç olubmu ki, kainatın sizə qarşı hiylə qurduğunu hiss edəsiniz? Hər şey tarazlığı pozur və heç bir şey yolunda getmir. Emosional bazanız tamamilə pozulur və bütün pis şeylərin eyni anda baş verdiyinə görə məyus olursunuz. Beləliklə, sakit bir künc tapır və göz yaşlarına boğulursunuz. Gözlərinizi sıxıb ağlayırsınız. Ancaq gözlərinizi yenidən açdığınız zaman emosional tarazlığınız bərpa olur. Özünüzü yenidən normal hiss edirsiniz.

Bəlkə də, ağlamaq bizim üçün hər şeyi sıfırlayan bir düymədir ?

Mənbə: Harpersbazaar

Tərcümə etdi: Gülay Orucova

Paylaş
Şərh əlavə et