Bu gün:

Evdəki əşyalarla öz güzgünü hazırla


Evi bəzəmək həm əyləncəli, həm də çətin işdir. Çətin olmasının səbəbi ev dekorasiyasındakı bütün elementlərin bütövlüyünü təmin etməkdir. Evləri bəzəyərkən istifadə etdiyimiz bir çox bəzək əşyaları var. Güzgülər də bəzəyə ən çox töhfə verən dekorativ elementlərdən biridir. Güzgü evdən çıxmazdan əvvəl özümüzü görmək imkanı verməklə yanaşı, evlərimizin bəzəyinə zəriflik qatır.

Evdəki güzgülərinizin də zövqlü dekorasiyaya ehtiyacı var. Bəyəndiyiniz güzgü modelini heç bir mağazada tapa bilmədinizsə, istədiyiniz güzgünü yarada bilərsiniz. Xüsusən də, xaricdə indi bir çox insanlar evlərinin bəzək əşyalarını özləri bəzəməyə üstünlük verirlər. Ölkəmizdə bu üsul getdikcə geniş yayılmaqdadır. Üstəlik, özünüz bəzədiyiniz güzgülər sizin üçün eksklüzivdir və başqa heç bir evdə yoxdur.

Güzgülərinizi şən, romantik, ağır və ya rəngli bəzək alternativləri ilə rəngləndirə bilərsiniz. Güzgülərinizə gözəllik əlavə etmək üçün istədiyiniz qədər seçiminiz var. Burada sizə ipucu vermək üçün bir neçə təklif var, qalanı sizin təsəvvürünüzdən asılıdır. İndi birlikdə güzgüləri bəzəyək…

Özün et!

Evdə romantizmin hökm sürməyini sevənlər bunu güzgülərində əks etdirə bilərlər. Çiçəklərlə bəzədilmiş güzgünü hər dəfə görəndə sizə xoşbəxtlik bəxş edəcək.

Bunun üçün bir neçə yapışqan və bir dəstə çiçək lazımdır. Süni çiçək bəzəklərini güzgünün ətrafına yapışdırın. Güzgünüzün altında makyaj və diş məcunu kimi əşyalarınız varsa, eyni addımı güzgünün sağ və ya sol tərəfinə yuxarıdan aşağıya yapışdıraraq tətbiq edə bilərsiniz.

Maskalama lentindən istifadə edərək güzgü çərçivəsinin kənarlarını istədiyiniz hissələrə bölün. Hər hissəni ayrı-ayrılıqda şüşə boyalarla rəngləyin. Boya qurumadan əvvəl lentləri çıxarın. Boyanın tam quruması üçün bir gün gözləyin. 

Dəftərxana ləvazimatları satılan mağazalarda asanlıqla tapa biləcəyiniz ölçülü boyalar alın. Rənglədiyiniz hissələrə nöqtələr qoyaraq naxış vurun. Nəhayət, güclü muncuq yapışqanından istifadə edərək zövqünüzə uyğun olaraq daşları, kristalları, muncuqları istədiyiniz hissələrə yapışdırın. Həmişə evinizdə akvarium olmasını istəmisiniz, amma balıqlara baxmaq sizin üçün çətin olub. İndi dənizin o sehirli dünyasını güzgünüzə daşıya bilərsiniz. Yaşıl, ağ və sarı şüşə boyalardan istifadə edərək güzgü üçün yosun hazırlayın. Aralarına dekupaj kağızından kəsilmiş bir neçə balığı yapışqan ilə yapışdırın. Daha bir neçə yosunları balıqların üzərində gəzdirərək boyayın. Bir neçə dəqiqəyə hazırladığınız akvariumunuz sizi dənizin dərinliklərinə səyahətə çıxaracaq.

Qonaq otağınızı gözəlləşdirmək üçün mirvari və kristallarla bəzədiyiniz güzgüdən istifadə edə bilərsiniz. Bunun üçün ən uyğun güzgü modeli dəyirmi güzgülərdir. Dəyirmi güzgünün ətrafına yapışdırdığınız irili-xırdalı mirvarilər və büllur daşlar qonaq otağınızın dəbli, zərif və təmtəraqlı ab-hava almasına kömək edəcək.

Mənbə: Kadın 

Tərcümə etdi: Nuran Əhmədzadə








Paylaş
Şərh əlavə et