Bu gün:

Əllərimizin qurumasının qarşısını necə alaq?


Qışda soyuqdan əllərimiz çox tez quruyur. Bu quruluqlar da əlinizdə ağrıya səbəb ola bilər. Əllərinizin qurumasının qarşısını almaq və yumşaq əllərə sahib olmaq, əslində, çox asandır. Sizə verəcəyimiz məsləhətlərlə əllərinizə yenidən yumşaqlıq və təravət gətirə bilərsiniz. 

Əllərinizin qurumasının qarşısını almaq üçün əlcəklərdən istifadə edin

Mətbəxdə qabları yuyarkən və ya evi təmizləyərkən əllərinizi qorumaq üçün həmişə əlcək taxın. Təmizləyici məmulatların tərkibindəki kimyəvi maddələr əllərinizi quruda bilər. Kimyəvi maddələrin əllərinizə mənfi təsirindən özünüzü qorumaq üçün yalnız əlcək taxmalısınız.

Sadəcə olaraq evin içini təmizləyərkən və soyuq havada çölə çıxanda əlcək taxmağı unutmayın. Beləliklə, əlləriniz soyuq havadan və küləyin təsirindən qorunacaq. Əl yuyarkən istifadə etdiyiniz suyun temperaturu nə çox soyuq, nə də çox isti olmalıdır. Əllərinizi yuyacağınız suyun temperaturu ilıq olmalıdır. Duş qəbul edərkən çox isti su ilə yuyunmamağınızı tövsiyə edirik. Qaynar su nə dərinizə yaxşı təsir edir, nə də saçınıza.

Əllərinizə qulluq edin

Bütün günü əllərinizlə hər yerə toxunursunuz, hər şeyə ilk toxunan yer əllərinizdir. Arada bir onları əzizləsəniz, pis olmaz. Əllərinizə qulluq etmək də çox çətin deyil. Üzünüzə və bədəninizə sürtdüyünüz pilinqləri həftədə bir dəfə əlləriniz üçün də çəkə bilərsiniz. Hazır pilinq kremləri var. Ancaq təbii soyma kremi hazırlamaq istəyirsinizsə, bunu evdəki məmulatlarla asanlıqla edə bilərsiniz. Bir az zeytun yağı, limon suyu, duz və şəkər qarışdırın. Sonra bu qarışığı hər əlinizə bir dəqiqə sürtün. Onu çox təzyiqlə ovuşdurmamaq yaxşıdır. Quruluğun səbəb olduğu dəri soyulması halı varsa, dəriniz daha çox zədələnə bilər. Bu səbəbdən mülayim davranmaqda fayda var. Əllərinizin qurumaması üçün əllərinizi yaxaladıqdan sonra mütləq nəmləndirici krem sürtün.

Əksər yerlərdə əl təmizləyicilərinə daha çox üstünlük verilir. Ancaq bu məhsullarda kimyəvi maddələr və spirt var. Bunlar əllərinizin qurumasına səbəb ola biləcək maddələrdir. Nəmləndirici əl sabunu istifadə etmək qışda əllərinizə quruluqdan qurtulmaq və ya quruluğun qarşısını almaq üçün daha faydalı olacaq.

Dırnaq boyalarınızı çıxararkən asetonun yeganə seçimimiz olduğunu düşünürük. Lakin aseton hətta dırnaqlarda da qurumağa səbəb olur. Kosmetik mərkəzlərdə asetonsuz dırnaq boyası təmizləyiciləri də var. Həm əllərinizdə, həm də dırnaqlarınızda quruluğun qarşısını almaq istəyirsinizsə, asetonsuz dırnaq boyası təmizləyiciləri almanızı məsləhət görürük.

Əllərinizi nəmləndirin

Gecə yatarkən əllərinizə nəmləndirici krem çəkin. Əllərinizin yumşaqlığını artırmaq və quru əllərinizi tez bir zamanda əvvəlki halına qaytarmaq istəyirsinizsə, nəmləndirici krem sürdükdən sonra nəmləndirici əlcək taxmağınızı tövsiyə edirik. Yenə də bu əlcəklər bir çox gözəllik məhsulları satılan mağazalarda mövcuddur. Səhər oyandığınız zaman əlləriniz yumşaq olacaq. Gecələr əlcəklə yatmaq bir az qəribə ola bilər. Ancaq səhər oyanıb əllərinizin gözəlliyini görsəniz, hər axşam bu tətbiqi etmək istəyəcəksiniz.

Nə qədər qayğı göstərsəniz də, əlləriniz davamlı quruyursa, əvvəlcə bir dəri mütəxəssisinə müraciət etməyinizi tövsiyə edirik . Ancaq bazarda yağlılıq hissi buraxmadan istifadə edə biləcəyiniz çoxlu nəmləndirici məhsullar var. Tərkibində yüksək yağ olan kremlər istifadə edildikdə dərinin nəfəs almasına maneə olur, əksinə olaraq əllərinizin daha çox qurumasına səbəb ola bilər. Markalar arasında hərtərəfli araşdırma etdikdən sonra dərinizə ən asan əmilən formullu məhsulu seçməlisiniz. Tərkibində şokolad və kakao yağı olan məhsulları seçə bilərsiniz. Bundan əlavə multivitamin əlavələri və bitki ekstraktları olan məhsullar da sizə kömək edəcəklər.

Mənbə: Kadın

Tərcümə etdi: Nuran Əhmədzadə


Paylaş
Şərh əlavə et