Futbol milyonlarla insanı özünə cəlb edir. 19-cu əsrin ortalarında insanların həyatına daxil olub və qısa müddətdə böyük kütlələrə çatmağı bacarıb. İnsanlara bu qədər təsir edən idmanın, əlbəttə ki, ilkləri olacaq.
Dünyanın ən qədim futbol klubu Şeffilddir. 24 oktyabr 1857-ci ildə yaxınlıqda yaşayan kriket oyunçuları tərəfindən təsis edilib. 2 min nəfərlik stadionu olub. Onun futbolun ümumi qaydalarının müəyyənləşdirilməsində böyük əməyi olub.
Kembric Universiteti A.F.C - 1857
Kembric Universiteti AFC ilk yaradılan futbol klublardandır, baxmayaraq ki, onun dəqiq yaradılma tarixi bəlli deyil. 1000 nəfərlik Grange Road Stadionu hələ də məktəbin daxilində yerləşir.
Lima CFC - 1859
Perunun paytaxtı Lima ilə eyniadlı klub iki komandadan ibarət idi: futbol və kriket. Klubun 1859-cu ildə şəhərdə məskunlaşan ingilis mühacirlər tərəfindən qurulduğu iddia edilib. Kiçik, lakin köklü bir klub olan Limanın futbol qanadı hazırda yerli San İsidro liqasında oynayır.
Hallam F.C. - 1860
Hallam FC dünyanın ən qədim 5 klubundan biridir. Klubun oynadığı Sandygate Road, Ginnesin Rekordlar Kitabına daxil edilmiş ən qədim futbol meydançasıdır.
Cray Wanderers FC - 1860
London şəhərinin ən qədim klubu olan Cray Wanderers FC yarı peşəkar futbol komandası idi. Onun Hayes Lane adlanan 5 min tutumlu stadionu olub.
Mənbə: Milliyet
Tərcümə etdi: Sona Osmanova
