ABŞ-da 65-103 yaş arası 245 iştirakçı ilə aparılan virtual reallıq (VR) araşdırması yaşlı insanların əksəriyyətinin VR-dən həzz aldığını və qarşılıqlı əlaqəni yaxşılaşdırdığını ortaya qoyub.

Stenford Universiteti və ölkə üzrə 17 yaşlı insan qrupundan biri tərəfindən nəşr olunan araşdırma, virtual reallığın yaşlı insanların sağlamlığını və emosional xoşbəxtliyini yaxşılaşdırmağa və demensiyanın təsirlərini azaltmağa kömək edə biləcəyini göstərib.
Test zamanı yaşlı iştirakçılar 360 dərəcə təsvir və səs təmin edən qulaqlıq taxıblar və paraşütlə tullanma, tanka minmək, səhnə tamaşalarına baxmaq, bala və pişiklərlə oynamaq və ya bu kimi yerləri ziyarət etmək kimi yeddi dəqiqəlik virtual təcrübələri yaşamaq imkanı əldə ediblər.
76 yaşlı təqaüdçü ictimaiyyətlə əlaqələr meneceri Terri Kolli, "Bu səyahət böyüdüyüm ferma xatirələrini geri qaytardı" -deyib. 79 yaşlı təqaüdçü məsləhətçi və rəssam Enn Selbi virtual reallıqları, xüsusən də ev heyvanları haqqında sevdiyini ifadə edərək, “Bunun beynimin demək olar ki, hər sahəsini, bütün hisslərimi aktivləşdirdiyini başa düşdüm”- deyə şərh edib.
Stanford Universitetinin Texasda yerləşən Mynd Immersive şirkəti ilə birgə apardığı araşdırma, yaşlıların demək olar ki, 80 faizinin VR seanslarından sonra daha müsbət münasibət bəslədiyini və demək olar ki, 60 faizinin özünü sosial cəhətdən daha az təcrid olunmuş hiss etdiyini göstərib.
John Knox Village adlı qocalar evində aparılan başqa bir virtual reallıq araşdırmasında, Alzheimer və digər demansları olan yaşlı insanların xatirələrinin canlandığı və baxıcılarla söhbət etməyə başladığı müəyyən edilib.
Mənbə: euro news
Tərcümə etdi: Fatimə Cabbarlı
