Bu gün:

Dünyanın ən təhlükəli yolları


•Yungas Road, Boliviya
Dünyanın ən təhlükəli magistral yollarından biridir. Hər il 200-300 nəfərin ölümünə səbəb olur. Bir tərəfi dağ silsilələri, digər tərəfi 600 metr hündürlüyü uçurum olan yolda avtomobillə getmək kifayət qədər qorxuludur.•Zoji La, Hindistan
Ladax və Kəşmiri bu uzun 9 km yol birləşdirir. Eyni zamanda, bu yol həm heyvanlar, həm də nəqliyyat vasitələri üçün çox dardır.

•Transfărăşan, Rumıniya
Bu yol Karpat dağları və Făgăraş dağ silsiləsindən keçir. 2034 metr uzunluğu ilə Rumıniyanın ən uzun yoludur. Transfăgărăşan gözəl mənzərələri ilə məşhurdur və təbii ki, təhlükəlidir.

•Dalton şossesi, Alyaska
Dalton şossesi dünyanın ən təcrid olunmuş magistral yoludur. Uzunluğu 666 km-dir və yalnız 3 kiçik kəndi birləşdirir. Bu yol həm də dünyanın ən qarlı magistral yolu kimi tanınır.

•Khardung La, Hindistan
Hakimiyyət orqanlarının məlumatına görə, bu yolun uzunluğu 5602 metrdir (texniki cəhətdən Elbrus dağlarından daha uzundur). Ginnesin Rekordlar Kitabı və National Geographic Khardung La-nı dünyada ən uzun yol olaraq tanıyır.

•Atlantik Okeanı Yolu, Norveç
Atlantik Okeanı cığırı kiçik sahil şəhərlərini birləşdirən yoldur. Qeyd edək ki, bu yol heyranedici mənzərəsi ilə sırf turistik yoldur.

•Guoliang tuneli, Çin
Quolianq tuneli yerli sakinlər tərəfindən tikilib. Dağı deşən yol şəhərlərlə xarici dünya arasında yeganə əlaqə vasitəsidir. Hökumət daha sonra bölgə əhalisinin gediş-gəlişini asanlaşdırmaq üçün bu yolda 1200 metr uzunluğunda tunel çəkdi.

•Gois Pass, Fransa
Çox qəribədir ki, bu şlüz gündə bir neçə saat açıq ola bilər. Çünki darvazanın qalan hissəsi suyun altındadır. 4,5 kilometrlik yolu qət etməyə başlamazdan əvvəl gediş vaxtlarını yoxladığınızdan əmin olun. Əks halda, özünüzü birdən-birə suyun altında tapa bilərsiniz.

•Tianmen dağ yolu, Çin
Uzunluğu 10 km olan bu yolda 99 kəskin döngə var. Başlanğıc nöqtəsi ilə çatacağınız son nöqtə arasındakı hündürlük təxminən 1000 metrdir. Bu yoldan istifadə edəcək sürücülər mütləq sakit olmalıdırlar.

•Hana, Havay
112 km uzunluğunda olan bu yol Havay adasının Maui adasındakı Kahului və Hana şəhərlərini birləşdirir. Dar, fırlanma olan yol 59 körpü və 46 təkzolaqlı yolu birləşdirir. Sürüşmə səbəbindən yol tez-tez bağlanır.

Mənbə: Habertürk
Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et