Bu gün:

Saçlarımızı düzgün darayırıqmı?


Saçları daramaq asan görünsə də, əslində, doğru və yanlış daramaq forması var. Saçınızı yanlış şəkildə daramaqdan tutmuş yanlış zamanda daramağa qədər saçınıza bir çox mənfi təsirləri ola bilər...

Saçlarımızı darayarkən fərqində olmadan çoxlu səhvlər edirik. Amma bu xəbəri oxuduqdan sonra saçları düzgün daramağın gücünü dərk edəcəksiniz!

Saçınızı yanlış istiqamətdə darayırsınız

Darağı yuxarıdan aşağıya doğru hərəkət etdirmək saçınızı follikullarından çıxara, zədələyə və qırıla bilər. Saçları açmaq üçün ən yaxşı yol, uclardan bir neçə düym başlamaq və diqqətlə köklərə qədər hərəkət etməkdir. Ən təsirli üsul, saçınızı bir neçə hissəyə ayırmaq və hər hissədən ayrı-ayrılıqda dolaşıqları çıxarmaq kimi görünür.

Sadəcə saçınızın uclarını darayırsınız

Saçlarınızı uclarından açmağa başlamaq daha yaxşı olsa da, bu, köklərə etinasızlıq göstərəcəyiniz demək deyil. Baş dəriniz qıvrımlarınızın gözəlliyi və sağlamlığı üçün vacib olan qida ilə zəngin yağlar istehsal edir. Bu yağların saçın uclarına yayılması saçlarınızı parlaq edəcək və elektrikləşmənin qarşısını alacaq. Saçınızı daramaq, həmçinin baş dərinizə yumşaq bir masaj təmin edir, bu da qan axını artırır və saçların sağlam uzanmasını asanlaşdırır.

Daraq seçiminiz səhv ola bilər

Düzgün daraqdan istifadə edərək saçlarınızın qırılmasının qarşısını ala və "pis saç günləri"nin qarşısını ala bilərsiniz. Dalğalı və buruq saçlarınız varsa, düyünləri asanlıqla açacağı üçün "avarlı daraqları" sınayın. Saçlarınız incə və həcmli deyilsə, "qaban tükü" adlanan daraqlar köklərinizə zərər vermədən və çəkmədən zərifcə  sürüşəcək.

Mənbə: Habertürk 

Tərcümə etdi: Aytən Babaşova

Paylaş
Şərh əlavə et