Bu gün:

Uğursuz kriptovalyuta firması FTX- in müştərilərinin aqibəti


Çökmüş kriptovalyuta birjası FTX- in kreditorları oktyabr ayında ABŞ-də təsdiqlənmiş iflas planı çərçivəsində 16,5 milyard dollara qədər (12,6 milyard funt-sterlinq) geri almağa hazırlaşırlar.

 

Müqavilə, firmanın 2022-ci ilin Noyabr ayında müflis olması ilə başlayan və dünyada milyonlarla müştərinin hesablarına girişini bloklayan müddətə son qoyacaq.  

Keçən il keçmiş boss Sam Bankman-Fried iflasdan əvvəl müştəri vəsaitlərini oğurlamaqda təqsirli bilinib və daha sonra 25 il həbs cəzasına məhkum edilib.  

FTX-ə görə, sövdələşmə keçmiş müştərilərə iflas zamanı hesablarında olan məbləğin təxminən 119%-ni geri almağa imkan verəcək.  

Planın qüvvəyə mindiyi elan edildikdən 60 gün sonra kreditorların vəsaitlərini alması gözlənilir. Bu tarix hələ razılaşdırılmayıb. 

Mənbə: BBC News 

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et