Bu gün:

Pavel Durov kimdir?


Pavel Durov 10 oktyabr 1984-cü ildə Leningrad şəhərində filolog ailəsində dünyaya gəlib.

Uşaqlıq illərini atasının işiylə bağlı İtaliyada keçirib. Daha sonra Peterburqa qayıdıb, orada Sankt-Peterbuqr Dövlət Universitetinin ingilis filologiyası ixtisasına qəbul olub. Universiteti qırmızı diplomla bitirsə də, diplomunu heç vaxt universitetdən təhvil almayıb.

"Vkontakte” erası:

2006-cı ildə öz qrup yoldaşı ilə birgə “Vkontakte” platformasını qurub. İlk illər platforma “Facebooka” bənzədilsə də, daha sonra Durov “Amerikaya baxaraq necə etməmək lazımdır” cümləsini qurub.

Platformanın beta versiyası 10 oktaybr 2006-cı ildə yayımlanıb. Durovun sözlərinə görə beta versiyanı 6 həftəyə hazırlayıb. “20 saat kod yazırdım, yemək yeyib, 10 saat yatırdım” və beləcə 6 həftə keçib.

2007-ci ildə artıq platformanın 3 milyon istifadəçisi olub.

21 aprel 2014-cü ildə Pavel Durov “Vkontakte” platformasının direktor vəzifəsindən istefa edib.

Və həmin ili Rusiyanı tərk edib.

2014-cü ildə Saint-Kits və Nevis adalarının vətəndaşlığını alıb. 2021-ci ildə isə Fransa vətəndaşlığı alıb.

“Telegram” erası:

“Telegram” 2013-cü il avqustda yaradılıb. Öncə qərargah Berlində yerləşsə də, 2017-ci ildə BƏƏ, Dubaya köçürülüb. 2022-ci ildə isə Durov BƏƏ vətəndaşlığı aldığını etiraf edib.

Rusiya DTX-nin istəklərinə baxmayaraq, Durov “Telegramda” yerləşdirilən şəxsi informasiyaları bölüşmək istəməyib. Buna görədə 2 il müddətində Rusiya ərazisində “Telegram” qadağa olunub.

Ama qadağaya baxmayaraq “Telegram” istifadəçilərinin 30 milyonu məhz Rusiyadan olub.

Pavel Durovun sərvəti:

2016-cı ildə Forbes jurnalının “Ən varlı Rusiyalılar” siyahısını daxil olub (0,6 milyard $). 2021-ci ildə isə BƏƏ-nin ən varlı insanlar siyahısına daxil olub (17,2 milyard $).

Hal-hazırda isə 15,5 milyard $ sərviti olduğu bilinir.


Mənbə: Rbc

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et