Bu gün:

Psixoloji sağlamlığımızı necə qoruyaq?


Psixoloji sağlamlıq son illərdə tez-tez eşitdiyimiz bir anlayışdır. Psixoloji sağlamlıq insanın emosional bütövlüyüdür. Ümumdünya Səhiyyə Təşkilatına görə, ruhi sağlamlıq rifah vəziyyəti, ünsiyyətcil olmaq, intellektual perspektiv və emosional performansı yaxşı idarə etmək bacarığı kimi müəyyən edilir. 

Psixoloji sağlamlıq fərdin stressi idarə etmək qabiliyyətinə, ətraf mühit və cəmiyyətlə ünsiyyətin məhsuldarlığına, qiymətləndirmələrə və davranış modellərinə görə fərqlənə bilər.

Psixoloji sağlamlığı yaxşı və həyata daha pozitiv baxışı olan insanlar özlərini xoşbəxt, dinc, xoş, enerjili, özləri və ətrafları üçün faydalı hiss edirlər. Bu cür insanlar yaydıqları müsbət enerjiyə görə ətrafdakılar tərəfindən sevilən insanlardır. Həyatı daha rəngarəng görürlər. Daha doğrusu, həyatın gözəlliklərinin fərqindədirlər və xırda şeylərlə də xoşbəxt ola bilirlər. Bu yanaşmaya malik insanların mühiti və ətrafındakılar həyat enerjisi yüksək olan rəngarəng şəxsiyyətlərdir.

Mənfi insan profillərindən uzaq olmaq psixoloji sağlamlığı da müsbət mənada qidalandırır. Gündəlik həyatda bir çox şeylər psixoloji sağlamlığı poza bilər. Yaşanan vəziyyətlərin öhdəsindən gəlmək qabiliyyəti olmayanların psixoloji sağlamlığı da mənfi təsir görür. Ölüm və itki, iş həyatında çətinliklər, maddi sıxıntılar, ailə həyatında problemlər, münasibətlərin pozulması, əxlaqi dəyərlərin dəyişməsi, etibarsızlıq, çarəsizlik, küncə sıxışmış kimi hiss etmək ruh sağlamlığına mənfi təsir göstərə bilər. Düşüncələr qavrayış və davranışa çevrilir. Psixoloji problemlər insanın emosional vəziyyətində və ünsiyyətində yaşadığı çətinliklərdən yarana bilər. Bu problemlər insanla onun ətrafı arasında münasibətlərin korlanmasına səbəb ola bilər. 

Psixoloji problemlər - panik atak, depressiya sosial həyata mənfi təsir edir. İnsan daha özünə qapanır, evdən çıxmaq istəmir, müsbət fikirlər mənfi fikirlərlə əvəzlənir. Bu vəziyyət qarşısında stress səviyyəsi əhəmiyyətli dərəcədə artır. Stress səviyyəsinin artması, qidalanma pozğunluğu, yuxu pozğunluğu, şiddətli baş ağrıları, bədənin müxtəlif nahiyələrində ağrı hiss etmək, psixoloji problemlər kimi şikayətlərlə fiziki sağlamlığa mənfi təsir edir. Müsbət düşünməyə çalışaraq xəstə əhval-ruhiyyədən çıxmaq və ruh sağlamlığını bərpa etmək insanın səyi ilə yanaşı psixoloq dəstəyi ilə də mümkündür. 

Daimi məşq insanın öz bədəninə edə biləcəyi ən yaxşı investisiyalardan biridir. Tədqiqatlar müntəzəm məşqlərin psixoloji sağlamlığa müsbət təsirini sübut edir. Depressiya və narahatlıq pozğunluğu olanlarda məşqlə şikayətlər aradan qaldırılır. Xüsusilə, üzgüçülük, pilates, yoqa, gündəlik 30 dəqiqəlik gəzintilər ruh sağlamlığı üçün çox faydalı olacaq. İdman bədəndə xoşbəxtlik hormonları olan endorfinləri və serotonini artırır. Bədəndəki stress səviyyəsi azalır və müsbət düşüncələr artır, beləliklə, psixoloji sağlamlığa müsbət təsir göstərir.

Müsbət psixologiya yaşanan vəziyyətlərə qarşı pisliyə diqqət etmək əvəzinə, yaxşı və xoşbəxt həyata diqqət yetirmək olaraq təyin olunur. Müsbət psixologiya, müsbət emosiyalar (qısamüddətli ola bilər, tez-tez baş verərsə, təsiri daha da artacaq) psixoloji sağlamlıq üçün faydalıdır. 

Güclü xarakter cəhətlərini müəyyən etmək, müsbət emosiyalar hiss etmək, axarda olmaq, bağlılıq hissi, münasibətlərdə sevmək və dəstək olmaq, iş, ailə və həyat uğurları ruh sağlamlığını yaxşı mənada dəstəkləyir.

Pozitiv psixologiyada insanın ifadələri, səmimi və təbii davranması, enerjisini həm öz bədəninə, həm də ətraf mühitə yaxşı şəkildə ötürə bilməsi onun zehni (mənəvi) özünü idarə etməsinin və ruhi rahatlığının göstəricisidir. Psixoloji sağlamlığı inkişaf etdirmək və müsbət emosiyaları artırmaq yolları var. Bütün bu tövsiyələr insanın öz bədəni ilə müsbət "ünsiyyət qurmasına" və nəticədə rifah halını davam etdirməsinə kömək edir.

Şükranlıq

Şükranlıq duyğusu insanın gündəlik həyatında sahib olduğuna minnətdar olması deməkdir. Sahib olduqlarına diqqət yetirə biləcəyini və sahib olduqlarına görə şükür edə biləcəyini bilmək ruhi sağlamlıq baxımından yaxşı hiss etdirir. 

Təşəkkür edin

Təşəkkür etməyi bilmək psixoloji sağlamlığa gözəl təsir edir. Həyata, verdiyi nemətlərə, gözəlliklərə şükür etmək, zaman-zaman təşəkkür məktubu yazmaq ruhu qidalandıran davranışlardandır. 

Xəyal qurun

Uşaqlıqdan hamımız xəyal qurmağı sevirik. Xəyallar bizi xoşbəxt anlara aparır. Bəzən ailə, karyera, bəzən də o an olmaq istədiyimiz yer gözümüzün önündə canlanır.

Xarakterin güclü tərəfləri

Xarakterin 6 əsas güclü tərəfi var. Bunlar müdriklik, insanlıq, alicənablıq, mənəviyyat, ədalət və təvazökarlıqdır. Gün ərzində özünüzə güclü tərəflərinizi xatırlatmaq həm də psixoloji sağlamlıq üçün faydalıdır. 

Nəfəs məşqləri

Mütəmadi olaraq nəfəs məşqləri etmək, düzgün nəfəs almaq ruh sağlamlığına töhvə verən hərəkətlərdir.

Mənbə: İstanbul Medical Center 

Tərcümə etdi: Nuran Əhmədzadə 


Paylaş
Şərh əlavə et