Alman Nevroloqlar protez əllərin beyin-kompüter interfeysləri vasitəsilə düşüncə gücü ilə daha dəqiq hərəkət etdirilməsi üçün yeni təlim protokolu hazırlayıblar. Rezus meymunları üzərində aparılan təcrübələrdə meymunlar əllərindən fiziki istifadə etmədən virtual əli yalnız beyin siqnalları ilə hərəkət etdirə biliblər. Alimlər bu kəşfin xüsusilə iflic xəstələri üçün böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.

Almaniyadakı Primat Mərkəzinin (Leibniz Primat Tədqiqat İnstitutu) nevroloqları beyin-kompüter interfeysləri (BCI) ilə protez əllərə daha dəqiq nəzarət etməyə imkan verəcək yeni təlim protokolu hazırlayıblar. Tədqiqat Macaca mulatta rhesus meymunları üzərində aparılıb və bu yeni üsul protez əllərin beyin siqnallarından və sadəcə düşüncə gücündən istifadə edərək daha dəqiq hərəkət etdirilməsini təmin edib.
Tədqiqatçılar bu təcrübədə beyindəki əllərin vəziyyətini idarə edən siqnalların əl hərəkətlərinin sürətini idarə edən siqnallardan daha əhəmiyyətli olduğunu kəşf etdilər.
Bu ixtira iflic olan xəstələr üçün hazırlanmış neyroprotezlərin incə motor bacarıqlarının təkmilləşdirilməsi istiqamətində mühüm addım hesab olunur. Bu araşdırma beyin siqnallarının daha dəqiq analiz edilməsi və neyroprotezlərin gündəlik həyatda daha effektiv istifadəsi baxımından böyük əhəmiyyət kəsb edir.
Bu araşdırmanın nəticələri ALS kimi əzələ hərəkətlərinə təsir edən xəstəliklərdən əziyyət çəkən xəstələrin həyatını asanlaşdıra biləcək texnoloji inkişaflara yol aça bilər.
Mənbə: BBC
Tərcümə etdi: İbrahim Çobanlı
