Bu gün:

Cins şalvarlar kimlər üçün tikilib?


Cins şalvarın 10 illik tarixində nə baş verdi? Cins şalvar Ceyms Din "Rebel Youth" filmində geyindikdən sonra qısa zamanda gənclər arasında populyarlaşdı.

1800 - ci illər:

Davamlılığına görə cins şalvar və kombinezonlar mədənçilərin, rəssamların və fəhlələrin geyiminə çevrilmişdir. 1853-cü ildə adı cinslə əfsanəyə çevrilən Levi Strauss cins şalvar istehsal etməyə başladı.

1930 - cu illər:

Filmlərdə kovboyların cins şalvar geyinməsi bu möhkəm geyimə marağı artırıb.

1940 - cı illər:

Cinslər ikinci dünya müharibəsi illərində daha az istehsal edildi. Müharibədən sonra istehsal bazarı monopoliyadan çıxdı və üç-dörd istehsalçının rəqabət meydanına çevrildi.

1950 - ci illər:

Cins parça tez bir zamanda gənclər arasında populyarlaşdı. Cins şalvar Ceyms Din "Rebel Youth" filmində geyindikdən sonra qısa zamanda gənclər arasında populyarlaşdı və az qala üsyan simvoluna çevrildi. Amerikada bəzi məktəblərdə qadağan olundu.

1960-70 - ci illər:

İstehsalçılar klassik kəsimdən başqa modellər istehsal etməyə başladılar. Şərq ölkələri üçün isə cins parçanı əldə etmək çətin idi. Buna görə  qərbə xas geyim kimi qəbul olunmağa başladı.

1980 - ci illər:

Cinslər məşhur moda evlərinin kolleksiyaları arasında yer almağa başladı. Məşhur modelyerlər dizayn etdikləri cinslərə öz adlarını verərək satışlarını artırdılar.

1990 - cı illər: 

Cins parça heç vaxt dəbdən düşməsə də, müəyyən vaxtlarda dəbdən düşüb. 1990-cı illərdə gənclər klassik cins şalvar modellərinə maraq göstərməməyə başladılar. Bu səbəbdən yük şalvarı kimi fərqli alternativlərə üz tutdular.

2000 - ci illər:

Cins şalvarlar böyük moda nümayişlərində özünü göstərərək möhtəşəm geri dönüş etdi.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş